Yəhya bəy Dilqəm
1830 — 1865 · Şair · XIX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Yəhya Bəy Dilqəm — azərbaycanlı aşıq.
Özündən sonra qalan ədəbi irsi, həyatına bağlanan "Dilqəm" dastanı aşıq haqqında müəyyən məlumatlar öyrənməyə imkan yaradır. Axtarışlar göstərir ki, o, yaradıcılığa çox erkən başlayıb. Həm ifaçı, həm də yaradıcı aşıq kimi sazı və sözü daim bir-birini tamamlayıb. Dərdli aşıq məclislərdə daha çox öz şeirlərini oxuyur, küskün taleyindən şikayətlərini el-obaya bu yolla çatdırarmış. Onun çox çətin çalara, zəngin xallara və sanballı döndərmələrə malik olan "Dilqəmi" ən dəyərli saz havalarından biridir.