Qasım bəy Zakir

1784 — 1857 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

İvano bəy deyə Zakirin müraciət etdiyi şəxs İvan Silvitiskidir (1820–1874). O, 1850–1854-cü illərdə Tiflisdə nəşr edilən "Kavkaz" qəzetinin baş redoktoru olmuş, M. F. Axundovun pyeslərini tamaşaya qoymuşdur. Şeirdə "İliqo" deyə müraciət olunan şəxs knyaz Orbelianidir. Məhz onun sayəsində şairin övladları sürgündən azad olunmuş və şair "Knyaz" şeirində bunu vəsf etmişdir.
Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. Qarabağa qayıdanda Rus çarizmi ona pensiya kəsdi, lakin o bu maaşı görmədi. Maaş Şuşaya çatanda artıq gec idi. Qasım bəy vəfat etmişdi O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.

Mənbə: Vikipediya — «Qasım bəy Zakir» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət