Zikri Ərdəbili

d. 1790 · Şair · XVIII-XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Zikri Ərdəbili — Azərbaycan şairi.

Cadu gözünə rahibü tərsa nə münasib?
Əyri qaşına taği-kəlisa nə münasib?
Derlər mənə Məcnun, sənə Leyla eşidənlər,
Məcnun mənə nisbət, sənə Leyla nə münasib?
Can istərisən, eylə bir iyma, verim, amma
Göytar olan heynidə iyma nə münasib?

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət