Müəllifdən
Mirvarid Dilbazi- Nəsr
- XX əsr
- 1 əsər
- Oxu müddəti: 4 dəq
Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib.