Mirvarid Dilbazi

1912 — 2001 · Şair · XX əsr

  • Azərbaycanca

Mirvarid Paşa qızı Dilbazi — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub.

Şairin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M. Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci Dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.

Mənbə: Vikipediya — «Mirvarid Dilbazi» · CC BY-SA 4.0