Jalil Mammadguluzadeh: Enlightenment
Qocalmışam, bəlkə də gözlərim yaxşı görməyir. Ola bilər ki, səhv edirəm. Qoy “Çorni və beli qorod” işçiləri cavab versinlər!Əhvalat belə idi:
İngilis hökuməti və din söhbətləriBircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox?Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz.
TorpaqOxucularımıza məlumdur ki, bir neçə ay bundan qabaq Şamxor tərəfindən Bitdili kəndində böyük bir möcüz üz vermişdi, belə ki, tez bir vaxtda Bitdili ziyarətgahı islam aləmində ən şöhrətli ziyarətgahlardan geri qalmırdı.Həmin ziyarətgahın qızğın vaxtında idarəmizə çox yerlərdən kağızlar gəlirdi və bu kağızlarda bizdən sual edirdilər ki, aya, bu nədir, nə mərəkədir? Bunu yaradan kimdir və indiki əsrdə belə bir cəlallı ziyarətgahın meydana çıxmasına səbəb nə olubdur?
Bakı kəndlərindəGüzdək-Məktəb çocuqları 100% məktəblərə dolub, hər bir ehtiyacdan təmin olunacaqlar. Gala-Maştağa dairə maarif şöbəsində bu xüsusda lazımi tədbirlər görmək üçün qərar çıxarmaq istəmişlər.Xırdalan-şəxsi-qərəzlik tək bircə iş başında olanlarda olmayıb, hətta camaatın bir çoxusu müxtəlif qruplara bölünmüşlər. Ancaq qrup başında duran kəndin mötəbər və aktiv işçilərindəndirlər.
Xırda xəbərlərBərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur.Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər.
Bəradərim Məşədi QurbanəliFi 25 aprel (1895–1897-ci illər arası).*Nehrəm*
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.
Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901)Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?
Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.
Redaksiyaya məktub (13 avqust 1905, № 165)Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*
Redaksiyaya məktub (24 avqust 1905, № 173)21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*
Nuri-çeşmim. (24 aprel 1907)Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?Cəlil
Əzizim! (Bakı, 26. VII-1908)Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata.Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim?
Əzizim! (Bakı, 10 yanvar 1910)İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.Dostunuz Cəlil
Qələm yoldaşım Məmmədəli Sidqiyə!Bakı, 15 may (1910)*Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən.
Əzizim Məmmədəli! (Tiflis, iyun 1910)Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.
Əzizim Məmmədəli! (Yevlax, 1 avqust 1910)Yadımdan çıxdı, baronessa Rozen xanımın islamı qəbul eləməyi barəsində məqalə yazmadım. Odur ki, buradan sənə teleqraf göndərdim ki, haman şəkli 31-ci nömrəyə qoyasan ki, məqalə göndərə biləm. Çünki 30-cu nömrəyə dəxi məqalə çatdıra bilmənəm. Bir neçə günə haman məqaləni göndərərəm, 31-ci nömrəyə qoyarsan.Cəlil
Əzizim Məmmədəli! (18 avqust 1910)30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum.Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.
Məmmədəli! (23 avqust 1910)Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.
Məmmədəli! (25 avqust 1910)Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.
Tiflis. “Molla Nəsrəddin”. SidqiAğdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Əzizim Məmmədəli! (4 oktyabr 1910)Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.
Tags are assigned automatically from keywords and refined by editors.