Qəmər üz, qadanı bu canım alsın,Sallanıb gələndə otağa bir-bir.Diləfrüzün şöləsində dolansın,Olsun pərvanələr sadağa bir-bir.

Gözə qoruq yoxdu, dilə qadağa,Olum gözlərinə qurban, sadağa,Şəhdi-zülal, bal tökülüb dodağa,Öpəsən, xal düşə buxağa bir-bir.

Yaşmaq altdan o tər buxaq görünür,Əzizlənib kəlağaya bürünür,Onu görən xəstə olur, sürünür,Məcnun kimi düşür bu dağa bir-bir.

Günəş də tanıyır o mahtabanı,Qırmızı gül yanağından utanı,Öldür qurtar, həsrət qoyma Qurbanı,Qohum-qardaş gəlsin sorağa bir-bir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets