Başına döndüyüm telli Şamama,Dərdim çoxdu mənim, al üstən-üstən.Qaşların qələmdi - alır canımı,Nə əcəb düzülüb tel üstən-üstən.

Dürr kimi düzülüb üzə xalların,Bəzənib qızıla ağ barmaqların.Əmən ölməz sənin dil-dodaqların,Əzilibdi şəkər-bal, üstən-üstən.

Qurbanın canısan, həm ciyarısan,Cənnət bağçasının alma, narısan.Mən öləndə bir qədəm bas, barı sən,Sallan keç qəbrimin gəl, üstən-üstən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets