Başa-baş
Dost odur ki, öz dostunnan dost ola,Düşməninnən düşmən ola başa-baş.Əzizinəm başa-baş,Oxu dərsin başa-baş.Bədəsildən qaç qurtar,Ayaq götür başabaş."Can!" deyənə "Can!" – deyinən mərdana,Baş qoyanın qoy yolunda başa baş.
Aşıq gərək bu meydanda bir qala,Oxugunan bu dərsini bir qala.Mən aşıq qala-qala.Dikilib qala-qala.Cavan ömrüm çürüdü,Qürbətdə qala-qala.Ağlayana can vermərəm nə qala,Baş verənə mən verərəm başa baş.
Aşıq dərdin kim yetirər sənə, yar,Oxudunmu bu dərdimi sən, a yar?Aşıq deyər sənə, yar,Qurban olum sənə, yar.Tarix keçsə qoy keçsinÖmür elə sən, a yar,İstəyirsən yaxa yırtıb, sinə yar,Əl çəkmərəm olsam candan başa-baş.
Aşıq Alı, həzar dərdə davadı,Bir dərdim var həzar dərdə davadı.Yox, aşıq, dava gəzərXestələr dava gəzər.Əsil çay-çörək verər,Bədəsil dava gəzər.Davaçısan bu meydanda davadı,İstəyirsən kəllə vuraq başa-baş.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-basa-bas
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ləzgi Əhməd:**Səndən xəbər alım, ay Dədə Qasım,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Mənim anamGetdin bu dünyadan həsrət, nigaran,Getdin ürəyində ayrılıq dağı.
Qoca qəhrəmanın çıxışıBir şir kimi sinə gərdi o danışıq kürsüsünə,Bütün salon qulaq asdı bu qocanın gur səsinə.