Bir mişginab, bir mavəra,Gördüm Təbriz gözəlini.Qıya baxdı aldı canım,Qoydu eşqin təməlini.

Qəmzəsi cismimi yarır,Gedəndə ruhum aparır,Duranda qəlbim qoparır,Baxanda bağrım dəlini.

Xəzan olmaz o tər ləçək,Boyu bəstə, üzü göyçək.Görüb cünun oldum gerçəkDil-dodağı məzəlini.

Şəninə qəsir yaparam,Nə qüssə, nə qəm taparam.Fərhad olub dağ çaparam,Gər ola anam gəlini.

Od qaladı can içində,Dedi: Alı, yan içində,Qafil gördüm dan içində,Deyəmmədim deməlini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets