Badi-səba, ərzim budur,Dəymə tellərə-tellərə.Seyraqub gözü tutulub,Düşsün əllərə-əllərə.

Qarşıdakı sarı laçın,Fələk qoymur qəddim açım.Gəl səni götürüm, qaçımBizim ellərə-ellərə.

Alı deyər bir gül əkdim,Gülün çox cəfasın çəkdim.Qürbət eldə gözüm dikdimUzaq yollara-yollara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring