Ay anam mənim
Dərdim elə artdı, Kürü də keçdi,İndi hara gedim, ay anam mənim?!.Gözlərimin yaşı qanıma keçdi,İndi hara gedim, ay anam mənim?!.
Aşıq olub dildən-dilə düşmüşəm,Gəzə-gəzə eldən-elə düşmüşəm.Səhralar gəzmişəm, çölə düşmüşəm,İndi hara gedim, ay anam mənim?!.
Nə Həkəri qaldı, nə də Ərgünəş,Yandım eşq oduna, can oldu atəş.Bəstiyəm, olmuşam, bir yaralı quş,İndi hara gedim, ay anam mənim?!.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-ay-anam-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fərhad olmaz
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
TapşırıqDilə qafil olma zikri-xudadən,Ruzü şəb mədhini etgilən imla,