Mərifət gözəldi, anlayib bilsən,Susarsan əlbət ki, yeri gələndə.Ağıllı hikmətlə özün qoruyar,Qəflətən adamın kürü gələndə.

Səbirlə iş görən olmaz peşiman,Vaxtında dağlardan çəkilər duman.Müxənnət həmişə olar bədgüman,Diksinər evinə biri gələndə.

Aşıq Heydər deyər, sən də qan sözü,O haqqı dananın, kor olar gözü.Sinənin altına bağlama közü,Bəxtin qalxıb sənə bəri gələndə.

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice