Page 7 of 10 · 60%

Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir.

Fərmanda yazılmışdı.
Gümrü şəhərinin əhalisinin nəzərinə.

Altıncı hissə
Aradan iyrmi il keçmişdi.
Dəmirçilər köyündə belə bir səs – səda yayıldı ki, Mosul hakimi yüz minlik böyük bir qoşunla hücuma keçıb yağıları torpaqlardan qovaraq Gümrü şəhrini azad edib.
Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir.

Fərmanda yazılmışdı.

Gümrü şəhərinin əhalisinin nəzərinə,
Yağılar tərəfindən tutulmuş şəhər və kəndlər azad olumuşdur. Kim istəyirsə, öz doğma el – obasına qayıda bilər. Hər bir kəsə Mosul paşası hər cəhətdən köməkliklər göstərəcək.
Carçıların səsini eşidən Sona xanım qanlı Alının əl-ayağına düşüb yalvarmağa başladı.

  • Qardaş mən səndən və sənin ailəndən cox razıyam, zəhmətinizi bizə halal edin, ancaq mənim Gümrüsüz hər günüm bir ilə bərabərdi. Bəyaz gecələrim zülmətə dönüb. Gözlərimi yuman kimi ərim və oğlanlarım gözlərimin qabağına gəlir. Onlarin ya sağ, ya da ölüm xəbərini almalıyam. Artıq mənim ölümlü günüm gəlib catıb. İcazə versəydin, gedib bir daha Gümrünü görüb sonra ölərdim.
    Qanlı Alı bir az fikrə getdi və başını bulaya-bulaya dedi:
  • Ax zamana, zamana, mərdi nə pis yerdə cəkirsən divana. Mən elə bilirdim ki, bir daha əlimə silah almayacağam, sən demə talehim belə imiş. Yaxşı, Sona xanım, mən də sizınlə gedirəm.
    Alının arvadı Nazdı xanım dözə bilməyib sözə başladı:
  • Ay kişi, sən hara, biz də ora, onsuz da burada güclə dolanırıq, mən cəhənnəm, bəs bu yetişmiş qizları kimə əmanət verirsən, heç olmasa, barı bu tifillərə yazığın gəlsin. Axı deyirdiniz, Sərdar Gümrünün paşasıdı, bəlkə kişi gəlib çıxa, biz də bir ağ günə çıxaq!
    Qanlı Alı gülə - gülə dilləndi:
  • Ay ağ günə çıxdıq ha! Mən Sərdar paşayla düşmənəm, o mənim ölmümə fərman vermişdi. Əgər ölməsəm, mənim onunla düşmənçəliyim qalıb sonraya.
    Nazdı yenə dedi:
  • Ay kişi, bəs sən deyirdin Sona mənə qiyam - qiyamata kimi əmanətdi, ona baçı gözü ilə baxırdın, ağzındakı yeməyini çıxarıb onlara verirdin, mən sənin danışdığından artıq heç nə başa düşə bilmirəm.
    Qanlı Alı:
  • Ay Nazdı, burda başa düşməməyə nə var ki? Bu namus və qeyrət məsələsidi, bir də ki, sən mənim oradakı əməllərimi bilməsən daha yaxşıdı.
    Sona xanım Nazdının sözünə müdaxilə elədi:
  • Ay bacı, Alı qardaşı sən düz başa düşmədin. Gümrüdə Alı o qədər yaxşı əməllər qoyub gəlib ki, onu bir Allah, bir mənim ərim, bir də mən bilirəm. Mən düz iyirmi ildi ki, Alı qardaşın çörəyini yeyirəm, olmazmı ki, siz də iki gün Gümrüdə bizim çörəyi yeyəsiniz.
    Bu zaman qanlı Alı ciddi bir şəkildə dilləndi: İş ki, belə oldu, onda hamınız şey- süylərinizi yiğın, günü səhərdən Gümrüyə yola düşürük.
    Alı öz ailəsi, iki qızı, Sona və Leylanı götürüb Gümrüyə getməkdə olsun, görək Sərdar paşa Mosul mahalında nə işlərlə məşğul olurdu. Artıq Sərdar buranın sevimli paşasına çevrilmişdi. Elə bil həqiqətən də, bolluq - bərəkət Sərdarın ayağında imiş. Camaat o qədər şən, firavən dolanırdı ki, gəl görəsən.
    Mosulda Sərdar bir yetim dul Lalə adlı qızı öz qızı kimi himayəsinə götürmüşdü. Lalənın isə iki yetim uşağı var idi. Yetimlərin birinin adı Mustafa, qızın adı isə Ayişə idi.
    Aradan iyrmi ildən də çox keçmişdi. Sərdarın başı ağ ağappaq dağların qarına dönmüşdü.
    Ayişə vəzirin oğluna ərə getmişdi. İyirmi beş yaşlı gənc Mustafa isə Sərdarın qoşununun baş sərkərdəsi idi.
    Sərdar paşanın əmrinə əsasən Mustafa yüz minlik bir ordu ilə Mosuldan çıxıb Gümrüdə dayanmışdı.
    Mustafanın işi Gümrü şəhrini abad etməkdən ibarət idi.
    Artıq Hamza iyirmi beş yaşında bir cavan oğlan idi. Ata əvəzi olan dəyirmançı Qasım dünyasını dəyişmişdi. Un dəyirmanını Hamza işlədirdi. Onu böyüdüb boya- başa çatdıran Qasımın sözləri hər dəfə qulağında cingildəyirdi.
    Qasım kişi:
  • Bala, bilmək olmaz bu dünyanın işini, mən qəflətən ölsəm, bu qızıl bilərzik səninkidi. Səni çaydan tapanda o qolunda idi. Artıq mənim ölümlü vaxtım gəlib çıxıb, bir az boya – başa çatdıqdan sonra öz doğmalarını axtarıb taparsan.
    Artıq Hamza Qasım kişinin son vəsiyyətini yerinə yetirməli idi.
    Hamza öz ata əvəzi Qasımın qəbrini ziyarət etdikdən sonra, Arpa çayı boyunca hərəkət etməyə başladı. Əlı şəhri (Ani) yaxınlığında bir böyük qoşuna rast gəldi. Hamzaya məlum oldu ki bu qoşun torpaqları yağılardan təmizləyə - təmizləyə Gümrü şəhrinə gedir. Kimsəsiz Hamza yaraq- yasaq geyinib orduya qarışdı. Döyüşlərdə böyük şücayət göstərdi. Sərkərdə Mustafanın fərmanı ilə yüzbaşı vəzifəsinə qalxdı.
    Hasan isə yaylaqlarda o dağ sənin, bu dağ mənim deyib qoyun - quzu otarırdı. Özü də çobanlar arasında həddindən artıq dəcəl böyümüşdü. Sözə baxmayanda cobanlar onu möhkəm döyürdülər. Hələ bəziləri də deyirdi, gərək qoyaydıq bu yetim köpək oğlunu qurd parçayayıb yeyəydi, hara göndəririksə oranı yarıtmır, dəfələrlə qoyun sürülərimizi qurda- quşa yem eləyib.
    Artıq Hasan dağlarda qoyun-quzu otarmaqdan cana- boğaza yığılmışdı. O da çobanların əlindən baş götürüb qaçdı. Dərələr dağlar aşıb, gəlib Qarsın düzündə qardaşı Hamza kimi könüllü olaraq Mustafanın qoşununa qoşuldu.
    Qanlı Alı isə artıq Gümrüdə idi. Bir tərəfdən zəlzələ, bir tərəfdən də yağılar Gümrünü xarabaya çevirmişdilər.
    Mustafanın qoşun dəstələri burada döyüşləri dayandırıb abadlıq işlərinə başlamışdı.
    Sona xanım da artıq Gümrü şəhərində idi. Şəhəri gəzib, dolandıqdan sonra oz evinin xarabalığını tapdı.
    Xarabalıqda elə hündür qanqallar bitmişdi ki adam içərisinə girsə görünməz olardı.
    Bu bəlaya dözə bilməyən Sona xanım aldı görək nə dedi.

Ağlaya - ağlaya dönmüşəm quşa,
Baxıram torpağa, baxıram daşa,
Mən həsrət qalmışam qohum - qardaşa,
Elimi, günümü itirən mənəm.

Ağlaya - ağlaya ağlar qalmışam,
Dərdə boyun əyib meyil salmışam,
Vaxtım vədəm keçib çox qocalmışam,
Elimi, günümü itirən mənəm.

Ağlaya - ağlaya göz düşdü nurdan,
Dərdimin dərmanı tapılar hardan,
Tək Tanrı qurtarar, məni bu dardan,
Elimi, günümü itirən mənəm.

Əlləri hər yerdən üzülən Sona xanım axırda öz doğulduğu evi, yəni Nağdəlinin bəyi evinin xarabalığını tapdı.
Bağı kol – kos basmışdı. Bağın içindəki qonaq evi isə yarıuçuq vəziyyətidə idi.
Qanli Alı tez evə əl gəzdirdi. Qızlar isə bağı kol-kosdan təmizlədilər.
Gümrüdən qaçıb canını qurtaranlar yavaş-yavaş şəhərə axışmağa başlamışdılar.
Geri qayıdanların heç biri bilmirdi ki, burada yaşayan bu qadın vaxtı ilə Gümrü şəhrinin paşası olan Sərdarın xanımı Sona xanımdı. Sona xanım həmin Sona deyildi. Zərif telləri ağappaq ağarmışdı, incə beli bükülmüşdü.
Günlərin birində sərkərdə Mustafanın yolu bu evin yanından düşdü. Mustafanın gözlərinə eyvanda oturan bir su pərisi sataşdı. Bu Leyla xanım idi. Leyla o qədər gözəl idi ki, yemə, içmə, dur bunun büllur camalına tamaşa eylə.
Mustafa tez atdan düşüb dilləndi:

  • Ay gözəllər sultanı, mələklər şahı, mən bir fincan su verə bilərsənmi?
    Leyla əlində bir fincan suyu Mustafaya uzadaraq dilləndi:- Mən ömrümdə birinci dəfədi ki, belə xoş sözlər eşidirəm.
    Mustafa ilk baxışdan Leylaya aşiq oldu.
    Artıq Mustafa səhər - axşam yolunu buradan salırdı, ancaq Leyla bu eşqə hər vəchlə razı olmurdu ki olmurdu, hələ üstəlik də Mustafanın əlini Bəkir paşanın Sona xanıma verdiyi qızıldan olan müqəddəs Quranı Kərimə basdı və dedi:
    Gümrü nə vaxt abad olsa, mən də o vaxt sənə arvad olaram.
    Mustafa qoşun sərkərdəliyini unudub bir Məcnuna cevrildi. Bu xəbər Mosulda Sərdar paşaya çatdı. Sərdar qasidlə namə göndərib Mustafanı təcili Mosula çağırtdırdı.
    Mustafa paşanın əmri ilə Mosula gəldi, amma yatağından durub Sərdarın hüzüruna getmədi ki, getmədi.
    Bu dəmdə Lalə xanım Sərdara bildirdi ki, baba, bilmirəm, oğluma nə olub, iki gündü heç birimizi yanına buraxmır.
    Elə bil Sərdarın başına qaynar su tökdülər.
    Sərdar:
  • Bu dəqiqə mən ona yatmağı göstərərəm deyib, Mustafanın otağına daxil oldu.
    Sərdar Mustafaya xoşdəldin eyləyib ədəb - ərkanla salam verdi.
  • Bala, gəldiyini desən ki, bir biz də bilək, axı gözümüz yollarda qalıb. Mustafa anasının və Sərdarın əlindən öpüb sakit bir tərzdə dilləndi:
  • Bağışlayın, baba, Gümrüdə yaralanmışam, ona görə yerimdən dura bilmədim.
    Lalə əl atdı ki, Mustafanın köynəyidəki düymələri açsin, amma Mustafa dilləndi:
  • Ana, sən əziyyət çəkmə, özüm açacam, deyib zalım oğlu başladı nə başladı.
    Açma könül düyməsini,
    Öz əlimlə vurulmuşam.
    deyən kimi Lalədən bir şüvən çıxdı ki, gəl görəsən.
    Lalə:
  • Ay oğul, nəmərd gülləsi harandan dəyib, oy, Allahım bu nə işiydi, bizim başımıza gəldi? Ay baba, oğluma bir kömək elə, qoyma ölsün.
    Sərdar bu işlərdən halı olduğu üçün gülə- gülə dilləndi:
  • Ay qızım, bir sakit ol, buna başqa güllə dəyib, qoy dərdini söyləsin, biz də bilək. Hə, bala qulağım səndədi, dərdini bir açıq söylə.
    Mustafa sazı kökləyib zili- zil, bəmi- bəm aldı görək nə dedi:

Random poem

More by this author

Poems by other poets