Ustam öldü, genə qaldım ortada,Yarımçıqdan aşıq olmaz,neyləyim.Şagirdliyə kimə gedim bilmirəm,Hər yetişən sözüm almaz, neyləyim.

Sinəm dolu, nabələdəm yollara,Mən naşıyam dərdə, qeylü-qallara,Tanrı özü kömək olar qullara,Kimsə məni yada salmaz, neyləyim.

Qəza vurdu, yetim qaldım atadan,Könül evim qurtararmı xatadan,Xəbərim var Ərginədən, Otadan,Aşıq Nəsib, belə qalmaz, neyləyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets