Aşıq Valehlə aşıq Cəlalın deyişməsi
Aşıq Valeh
Ağlamağın məni etdi divanə,Söylə görüm, Cəlal, nə halətdi bu?!Göz yaşın qəlbimə ox kimi dəydi,Söylə görüm, Cəlal, nə halətdi bu?!
Aşıq Cəlal
Böyük ustad, yaman dərdə düşmüşük,Könüllər ağladan xəyalətdi bu.Qəfil qəza saldı bizi toruna,Şadlığı puç edən zəlalətdi bu.
Aşıq Valeh
Kim salıbdır səni olmazın dərdə,Hansı fikir qəmlə toqquşur sərdə.Gəl qurma arada söhbətə pərdə,Hansı görüş, hansı ziyarətdi bu?!
Aşıq Cəlal
Taleyim salıbdır məni bu dərdə,Əhmədin fikiri toqquşur sərdə.Aşıq Mahmud ilə durmuşuq vərdə,Cəhənnəm atəşli qiyamətdi bu.
Aşıq Valeh
Dolğun xəyalımı etdin dərbədər,Qəmli duruşunda var yeni xəbər,Aşıq Valeh olub hər elmə əzbər,Hansı sözlə deyim, kifayətdi bu.
Aşıq Cəlal
Aşıq Soltan aldı Əhmədin sazın,Zimistan eyləyə Cəlalın yazın.Əsirgəmə bizdən kömək avazın,Sənət mənbəyinə şikayətdi bu.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-asiq-valehle-asiq-celalin-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
عندلیبی که به دل هست ز غیرت خارشنفس صبح قیامت دمد از منقارش