Dəhri fənada belə insan hanı?Qılmaya fani ona dövran hanı?Ey bivəfa dünya, sən nə zalımsan,Bu qayətdə sənə gələn can, hanı?

Əvvəl sənə gəldi Adəmü - Havva,Beş gün səndə qonaq qaldı binəva.Öldürdün Habili, saldın bir dava,Düşdü aralığa nahaq qan, hanı?

Neçə padişahlar gəldi, sahibi- cəng,Cəmşidü-cəm, Nuşiravanü Huşəng.Dağyanüs, Hülakü, Çingiz, Teymurləng,Onlardan bircəsi bu zaman, hanı?

Ey bivəfa dünya , fanisən, fani,Necə dağıtdın sən, şövkəti- şani!Gecələr çaldılar gürzü -girani,Rüstəmi-Zal kimi pəhləvan hanı?

Dünya, hanı Mühəmmədəl Mustafa,Cəni ondan ötrü yaratdı Xuda,Onu da özündən eylədin cida,İsa, Musa, təxti-Süleyman hanı?

Neçə həkim gəldi, təbibi-zaman,Ərəstun, Əflatun, Fərəzdək, Xaqan,İstədi dirildə özünü Loğman,Qaldı kuzəsində yarımcan, hanı?

Hanı Xosrov, Həsən, Yusif – Züleyxa,Hanı Əsli-Kərəm, Vamüqü – Əzra?Şeyx Sənan sevmiş idi bir tərsa,Ey bivəfa, səndə din, iman hanı?

Hafiz, Nəvai, Füzuli, Cami,Şeyx Sədi, Hilali, Ürfü, Nizami.Dünya, səndə kəşf eləyib tamamiFirdovsitək nəzmi dürr-əfşan hanı?

Rumdan qalxan zaman o Fətəli xanQılıncının ucundan damırdı qan.Harami mənimdi, deyən qəlbi qan,Harami burdadır, Həsən xan hanı?

Dünya, səndə aşıq Səməd var idi.Nəzmi - şeri ləli -göhərdar idi,Bir gözəl eşqinə giriftar idi,Onun kimi bir bəhri -ümman hanı?

Bu dünyada heç də gəzməmişdi kəm,Aşıq Əli oğlu, aşıq Məhərrəm.Həsrətin çəkirdi Rum, həm də Əcəm,Əlində tütəyi-balaban hanı?

Hanı Molla Pənah, bivəfa cahan,Təxəlüsü Vaqif, nəzmi dürr-əfşan.İndi eyləmisən xak ilə yeksan,Tapmaq olmaz o kamalda can, hanı?

Cümlə yola gedər hayıf gözəllər,Sırf müşki-ənbər qoxuyan tellər,Murad üstə neçə xınalı əllərTorpağa döndülər, ay aman, hanı?

O ala gözlərə, o gül yanağa,O nazik əndama, o tər buxağa,Necə qıyıb, göndərirsən torpağa,Nazənin-nazənin neçə can, hanı?

Müşgül işdi, bir də dolana dövran,Növbət mənə yetə, aman, ələman!Bir gün olar, görən, bilən, tanıyan!Deyərlər Valehi - dürr-dəhan hanı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets