Əsriyib-əsriyib, kükrəyib axan,Ağzı ağ köpüklü divanə Sambur!Atanın-ananın bircə oğluyam,Qıymagilən sən bu mehmana, Sambur!

Qanlı-qanlı qayalardan çıxırsan,Şaqqıldayıb dərələrdən axırsan,Yerdən tərpənəndə evlər yıxırsan,Baxmazsan heç yaxşı-yamana, Sambur!

Valeh deyir: - bulaqlardan gözün var,Güclüsən sən, qüvvətli də sözün var.Nə çox şaqqaların, nə çox izin var.Neçəsin vermisən ziyana, Sambur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets