Aleksandr Qriqoryeviçə
Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç!
Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.
Valahəzrət Rzaqulu Mirzə sizə göndərdiyi məktubunda mənim fars dilində olan bir əsərim və onun rusca tərcüməsi haqqında əhvalatı yazmışdır. Hazırda həmin əsər tərcüməsi ilə bərabər, Peterburq şəhərində yaşayan naşir və kitab satıcısı Qrimm adlı bir şəxsdədir. Həmin şəxs bu əsərin farsca mətnini bütün Avropa dillərinə tərcüməsi ilə bərabər çap etməyi mənə vəd etmişdi. Lakin o, bu vədinə əməl etmədi. Mən isə hövsələdən çıxıb, keçən il noyabrın 22-də öz dostum doktor Bilyumberqin qardaşı Konstantin Matveyeviç Bilyumberqə yazdığım bir məktubda əlyazmasının fars mətnini və tərcüməsini Qrimmdən alıb, çap etmək üçün başqasına verməsini xahiş etmişdim. Lakin indiyə qədər Bilyumberqdən də cavab ala bilməmişəm. Buna görə də, sizdən acizanə xahiş edirəm ki, Qrimmi öz yanınıza çağırtdıraraq mənim farsca əlyazmamı onun tərcüməsi ilə birlikdə mütləq geri alasınız. Sonra həmin əlyazmasını aşağıdakı şərtlərlə başqa bir naşirə çap etmək üçün verəsiniz.
Şərtlər bunlardır: mən istəyirəm ki, bu əlyazmasını nəşr edən hər hansı bir naşir əsərin orijinalını və bütün Avropa dillərində onun tərcüməsini çap etmək üçün lazım olan bütün xərcləri öz öhdəsinə götürsün. Əsər bir dəfə və ya bir neçə dəfə çap olunduqdan sonra kitabları sataraq əldə edilən puldan öz qoyduğu xərci çıxsın. Yerdə qalan sırf gəliri isə bərabər halda iki yerə bölsün və bir hissəsini mənə göndərsin. Bundan əlavə, kitabın orijinalından beş nüsxə və rusca tərcüməsindən də beş nüsxə hədiyyə olaraq mənə bağışlasın. Belə bir şərt məncə, hər hansı bir naşir üçün ən yüngül və əlverişli şərt hesab oluna bilər. Mən belə bir şərti şəxsən sizin cənabınıza təklif etməyə cəsarət etmirəm. Lakin əgər siz özünüz mənə qarşı iltifatınıza əsasən və öz şəxsi həvəsinizlə belə bir şərti qəbul edib, mənim xahişimi yerinə yetirməyə hazır olsanız, o zaman yuxarıda qeyd etdiyim şərtlər əsasında mənimlə yoldaş olunuz, mənə müqavilənamə göndəriniz! Əgər belə olarsa, mən təkcə qəlbən sizə minnətdar olmaqla qalmayıb, eyni zamanda öz ana dilimdə sizin haqqınızda gözəl bir mədhnamə də yazaram.
Əgər siz bu əsər haqqında aydın təsəvvürə malik olmaq istəsəniz, mən naşir İsakova yazdığım məktubun surətini sizə göndərə bilərəm. Əgər siz iki, ya üç gün bu farsca əlyazmasının Qrimmdən aldığınız rusca tərcüməsini oxumağa sərf etsəniz, şübhəsiz ki, mövzu ilə tamamilə tanış ola bilərsiniz. O zaman mümkündür ki, şübhəsiz, bu əsərin bütün Avropa dillərində tərcüməsi ilə bərabər çap edilməsi ilə bu və ya başqa dərəcədə maraqlanacaqsınız.
Həmin məktubla bərabər, Qrimmə yazdığım məktubu da göndərirəm ki, ona əsasən Qrimm mənim farsca əlyazmamı rusca tərcüməsi ilə birlikdə cənabınıza təqdim etsin. Qrimmin adresi ona yazdığım məktubun zərfi üzərində yazılmışdır. Öz adresim isə sizə göndərdiyim məktubda vardır. Sizdən məni minnətdar edə biləcək cavab gözləyirəm.
Dərin hörmət və sonsuz sədaqətlə, həzrət-əşrəfinizə müti xidmətçi olmağı özümə şərəf bilirəm.
M.F.Axundzadə
2 fevral 1877-ci il
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-aleksandr-qriqoryevice
Use ← → keys to move, R for a random poem
More by this author
1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti**Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm:
Mirzə Melkum xanaRuhi-rəvanım, Ruhül-qüds!Avropa təqvimi ilə sentyabrın 16-da göndərdiyiniz məktub yetişdi. Yeni yazı üsulu ilə yazılmış vərəqə çeçen əlifbası idi. Həmin əlifbanı xüsusi məktubla Rusiya səfarətxanasının dəftərxanası vasitəsilə sizə göndərmişdim. Bundan başqa, poçt vasitəsilə sizə başqa bir məktub da göndərmişəm. Səfarətxananın dəftərxanasından və poçtdan hər iki məktubu almışsınız, ya yox? Bu xüsusda mənə bir qədər aydın və aşkar yazınız!
Mirzə Melkum xana (ayrıca vərəqə)Ayrıca vərəqə**Cənab Ruhül-qüds!
Osmanlı nazirlərindən iki nəfərinə yazılmış məktub1871-ci il 14 oktyabr tarixində Mirzə Fətəli tərəfindən*Böyük ağalarım! Allah ömrünüzü uzun eləsin!
Poems by other poets
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Qorxuram ("Payi-piyadə düşürəm çöllərə")Payi-piyadə düşürəm çöllərə, –Xari-müğilan görürəm, qorxmuram.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı