Aleksey Fyodoroviç Kruzenşternə
Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına
Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis
Mənim əldə etdiyim məlumata görə, Sankt-Peterburqda, Berlində, Vyanada, Parisdə və Londonda Şərq dilləri məktəbləri və bir çox şərqşünaslar vardır. Bu vəziyyət mənim Şərq dilləri yazısını sadələşdirmək məqsədi ilə yenicə tərtib etdiyim əlifba layihəsini paytaxtlarında bu kimi məktəblər olan hökumətlərin müzakirəsinə verməyə vadar edir. Ona görə də mən söylədiyim əlifbanın İran və Türkiyə dövlətlərinə göndərdiyim əsl nüsxəsindən beş surət çıxararaq, sizin zati-alilərinizə təqdim edib, bu xüsusda knyaz Canişin həzrətlərinə məlumat verərək, həmin əlifbanı onun adından S.Peterburqa, habelə Prussiya-Avstriya, İngiltərə və Fransa hökumətlərinə göndərmək üçün onun həşəmətli həzrətlərindən razılıq istəməyinizi acizanə xahiş edirəm. Eyni zamanda, məni belə bir dəyişikliyə iqdam etməyə vadar edən səbəblər haqqında da bu hökumətlərə izahat verilməlidir. Bu səbəblər haqqında mən, artıq keçən ilin 23 sentyabrında zati-alilərinizə təqdim etdiyim yazılı məruzəmdə ətraflı danışmışam.
Kapitan Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-aleksey-fyodorovic-kruzensterne-2
Use ← → keys to move, R for a random poem
More by this author
DÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!
Hekayəti xırsi-quldurbasanYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir.ƏFRADI-ƏHLİ-MƏCALİS
Əvvəlimci məclisƏVVƏLİMCİ MƏCLİSƏvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,
İkimci məclisİKİMCİ MƏCLİSVaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir.