Mirzə Yusif xana
1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti
Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir.
Əzəmətli ağam!
Bu hekayədən məlum oldu ki, Həsənəli xan öz nəsəbini ərəblərə yapışdırır. O özünü Səsəə ibn-Qəqanın nəslindən əmələ gələn bir ərəb sayır. Təəssüf ki, biz indiyə qədər onu kürd oğlu kürd bilmişik. İndi aydın oldu ki, məlum nüsxə nə üçün onun xoşuna gəlməmişdir və nə səbəbə onu Parisdə qoyub gəlmişdir? Bilmirəm, sizin, yəni Ədliyyə Nazirliyinin gördüyü tədbirlər onun xoşuna gəlir, ya yox?!
Əlbəttə, bu mətləbi sizə yazmağımdan başqa bir nəticə çıxarmayın! Çünki bizim, yəni mənimlə Həsənəli xanın arasında tam bir yaxınlıq vardır.
Əzəmətli ağam!
Sizin məktubunuz və azadə şahzadə Cəlaləddin Mirzənin tarix kitabı yetişdi. Sizin məktubunuz çox müxtəsər idi. Bilirəm ki, sizin özünüzün işiniz çoxdur. Məgər sizin idarənizdə başı ayıq olan mirzələr yoxdur? Varsa, onlara tapşırın ki, sizin öz vəziyyətinizdən və Tehranda baş verən hadisələrdən ətraflı surətdə bir məktub yazıb bizim üçün göndərsinlər. Mən və cənab Şeyxülislam həmişə sizin vəziyyətinizdən xəbər tutmaq və sizin iqdam etdiyiniz işlərin irəli getməsinin arzusundayıq.
Mehriban qardaşım Mirzə Cəfərə salam göndərirəm. Xüsusi bir mətləb olmadığına görə bu dəfə ona ayrıca məktub yazmadım. Mən özümün onunla bir növ elli, yəni ünkütlü olduğumu bildikdə, həddindən artıq xoşhal oldum. Çünki hər ikimiz Dərövüt çayının suyundan içmişik. Ədliyyə Nazirliyi haqqında Tiflisdə bir sıra xoşagəlməyən xəbərlər yayılır. Bu xüsusda doğru xəbəri özünüz yazın ki, vəziyyət bizə məlum olsun!
Cənab Şeyxülislam sizə çoxlu salam göndərib, əhvalınızı soruşur.
Sizə ixlası olan Mirzə Fətəli
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-mirze-yusif-xana-4
Use ← → keys to move, R for a random poem
More by this author
BİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.
İkinci məclisİKİNCİ MƏCLİSİkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
Üçüncü məclisÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.
Dördüncü məclisDÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Tən edərTalada sevmişəm mən bir şahbazı,Sərv boyu tuba boya tən edər.
RəqsRuhum yenə ləbrizi-səadət...Ya rəb, bu nə tufani-lətafət?!
Şuri-eşqin eyləyib bəs ki, məni divanəŞuri-eşqin eyləyib bəs ki, məni divanə,Şohreyi-şəhr olubam aləm-əra əfsanə.