1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:

Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.

Mirzə Fətəli Axundzadə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xüsusi qeydlər

“Təmsilat” və “Yeni əlifba” kitabçasını bağışladığım adamların siyahısı. Bu barədə ərizə verməyimin şərhi də burada qeyd edilmişdir.1863-cü il 8 iyul tarixində Batum qəsəbəsində Lazıstan sancağının qaimməqamı Osman Şövqi əfəndiyə “Təmsilat”dan bir cild və “Yeni əlifba”dan da bir nüsxə hədiyyə verdim.

11 min
Əli xana

[Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır]**Mənim əziz ağam, səadətiniz daimi olsun!

1 min
Mirzə Əbdülvahab xana

Naibül-vəzarə Mirzə Əbdülvahab xan cənablarına Mirzə Fətəli tərəfindən yazılmış məktubun surəti**Şəniyüksək və əzəmətli ağam, səadətiniz daimi olsun!

3 min
Şərtnamə

Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir:1. Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır.

4 min

Poems by other poets