Şərtnamə
Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir:
Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır.
Hər hansı bir dildə hər dəfə on min nüsxədən az olmayaraq, çap olunduqda kitabın 20-ci çapına qədər çap xərcləri və kitabsatanların əmək haqqı çıxıldıqdan sonra ələ gəlməsi ehtimal olunan gəlirin yarısını, kitabın üzünü köçürən, müəllifə verməli və əgər müəllif ölərsə, onun varisinə çatdırmalıdır. 20-ci çapdan, yəni həmin əsərdən 200 min nüsxə çap edildikdən sonra bu əsərin bütün dillərdə çap edilmək hüququ, şəriksiz olaraq, əsərin üzünü köçürənə və ya onun varisinə məxsusdur.
Bu əsərin çap olunacağı mətbəənin sahibi qüdrətli Fransa dövlətinin təbəəsi olmalı və onunla müəllif Mirzə Fətəli Axundzadə və əsərin üzünü köçürən müqərrəbül-xaqan Mirzə Yusif xan arasında belə bir şərt qoyulmalıdır ki, əgər Osmanlı, Misir və ya İran ərazisində bir nəfər qəsbkarlıqla, göstərilən iki dildən birində bu əsəri çap etməyə iqdam edərsə, o zaman mətbəə sahibi öz dövlətinin konsulları vasitəsilə, mövcud qanunlara əsasən, qəsbkarı məhkəməyə cəlb edib, haqqında qanuni cəza hökmünü icra etdirsin.
Bu şərtnamənin surəti Paris məhkəmələrindən birinin imzası və möhürü ilə təsdiq olunub, müəllifə göndərilməlidir ki, onun əlində sənəd olsun. Bundan başqa, həmin şərtnaməyə əsasən, əsərin üzünü köçürən, bu əsər barədə başqa şəxslərlə bağlamış olduğu hər bir şərtnaməni və ya başqa bir sənədi yenə də müəllifin və özünün adından şərikli bağlamalı və onun surətini də imzalanmış və möhürlənmiş halda müəllifə göndərməlidir.
Qüdrətli Fransa dövlətinin təbəəsi olan mətbəə sahibi öz adını farsca, türkçə və fransızca çap olunan kitabların sonunda, ya əvvəlində çap edib, bildirməlidir ki, bu əsər ona Hindistandan göndərilmişdir və onu icazəsiz çap etdirmək ixtiyarı heç kəsə verilmir, əks təqdirdə, müqəssir məsuliyyətə cəlb olunacaqdır. Başqasının əsərini çap etdirməyin qadağan olması barədə xüsusi qanunun mövcud olmasından xəbərsiz olan müsəlmanları həmin əsəri icazəsiz çap etməkdən ancaq bu kimi elanlar vasitəsilə çəkindirmək olar.
Mətbəə sahibi olan həmən fransızın Osmanlı, Misir və İran ölkələrində xüsusi kitabsatanları olmalıdır ki, kitabı bildiyi vasitələrlə onlara göndərsin və onlar kitabın göndərilən nüsxələrini satdıqdan sonra öz əmək haqlarını çıxıb, pulun qalanını mətbəə sahibinə çatdırsınlar ki, o da imzaladığı şərtnamə əsasında həmən məbləğin yarısını müəllifə və əsərin üzünü köçürənə versin. Həm də kitabsatanların bu əsəri icazəsiz çap edənlər üzərində ciddi nəzarəti olmalıdır ki, icazəsiz nəşr məsələsi kəşf olunduqda dərhal mətbəə sahibinə xəbər versinlər.
Həmən fransız adam farsca çap olunan bu kitabları Əfqanıstana, Hindistana, Bəlucistana, Xorasana və əhalisi farsca oxuyub başa düşən və Fransa dövlətinin əlaqəsi olan hər bir yerə göndərib satdırmalıdır. Bu cəhətdən təkcə Rusiya dövləti ərazisi müstəsna tutulur ki, buraya bu kitabdan əsla göndərilməməlidir.
Həmən fransızın özünün belə əmin adam olması barədə hər vasitə ilə olursa olsun əsərin üzünü köçürən zəmanət əldə etməli və həmən zəmanətnamənin imzalanıb, möhürlənmiş surətini müəllifə verməlidir.
Həmin fransız kitabın başlanğıcında aydın bir surətdə yazmalıdır ki, həmin nüsxə kitabın neçənci çapına məxsusdur.
Əgər bir nəfər bu əsəri ərəbcəyə və ya Avropa dillərindən birinə tərcümə etmək istərsə, əsərin üzünü köçürənə ixtiyar verilir ki, bu işə məsləhət bildiyi qiymət və şərtlərlə icazə versin və bu yol ilə əldə etdiyi gəlirin yarısını onunla mütərcim arasında bağlanmış sənədin imzalanıb möhürlənmiş surəti ilə bərabər müəllifə göndərsin.
Hər kitabın əvvəlində onun satış qiyməti sözlə yazılmalıdır.
Ciddi diqqət yetirmək lazımdır ki, kitablar gözəl və oxunan xətlə çap olunsun və onlarda səhvlərə, artıq-əskiyə yol verilməsin.
Kitabın nüsxələrindən heç birisində müəllifin və əsərin üzünü köçürənin adı çap edilməməlidir. Lakin əsərin üzünü köçürənin öz dostlarından birinə yazmış olduğu məktubdan iki, ya üç şərt atıldıqdan sonra hər bir nüsxənin sonuna əlavə olunmalıdır ki, əsərin yazılmasının səbəbləri məlum olsun. Bu məktubda isə müəllifin adı əvəzinə Kəmalüddövlə və əsərin üzünü köçürənin adı yerinə həmin mətbəə sahibi fransızın adı yazılmalıdır və belə göstərilməlidir ki, guya bu məktubu həmin fransız adam dostlarından birinə yazmış və Kəmalüddövlənin məqsədini ifadə etmişdir.
Əsərin üzünü köçürən, bu əsərin çap edilməsi hüququnu nə qiymətə olursa olsun, başqa adama satmaq ixtiyarına malik deyildir.
Bu şərtnamə müəllifin və əsərin üzünü köçürənin tərəfindən imzalanıb möhürlənməli və iki nəfər etibarlı şəxsin şahidliyi ilə təsdiq edilib, onların arasında mübadilə olunmalıdır.
İkinci sərtib Mirzə Yusif xan
Mayor Mirzə Fətəli Axundzadə
Titulyar müşavir Molla Hüseyn Qayibov
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-sertname
Use ← → keys to move, R for a random poem
More by this author
Keçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti**1872-ci il dekabrın 6-da Tiflisdən*
“Həqayiq” qəzeti redaktoruna1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!
Nikolaiyə[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Qeyd18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.
Poems by other poets
Adamsansa, tələ qurma,Tələyə, fəndə düşərsən.
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.