Şərtnamə
Birinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir.
Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir.
Tərcümələr və əsas mətn çapdan çıxanda cənab Berje onların hər birindən mənə 10 nüsxə iltifat etməlidir. Mən ölərsəm, həmin şərtnamənin birinci bəndindəki mənə şamil ixtiyarat qanuni varisimə keçir.
İkinci. Mən, aşağıda imza edən həqiqi mülki müşavir Adolf Berje birinci bənddəki şərtlərlə tamamilə razıyam və buradakı bütün təkliflərin büsbütün və qeyd-şərtsiz həyata keçirilməsi üçün səy göstərməyi öhdəmə götürürəm.
Üçüncü. Bu şərtnamə bütün qanuni formaya riayət olunmaqla iki nüsxə yazılmışdır ki, bunlardan biri Axundzadədə, digəri isə Berjedə saxlanır.
Berejenin rəyi
Cənab polkovnik Mirzə Fətəli Axundzadəyə bəslədiyim ən səmimi dostluq hisslərinin ifadəsi və onun şərəfli əməyinə hörmət əlaməti olaraq, bu tərcümə işində və kitabını çap etdirməkdə ona imkanım daxilində hər cür kömək etməyə hazıram, hazıram bu işdən alınacaq gəlirin nəinki payıma düşəcək yarısından, hətta hər cür maddi mükafatdan da imtina edəm.
Avropalılar kimi, müsəlmanlar özləri də bu kitabı oxuyanda onlar üçün bu vaxta qədər qaranlıq qalmış islamiyyət haqqında aydın məlumat ala biləcəklər.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-sertname-2
Use ← → keys to move, R for a random poem
More by this author
Müsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!
Zakirə məktubQasım bəy, eşitdim yaxın olubsanXan qızına, axır nədir bu rəftar?
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Sərgüzəşti mərdi-xəsisTəmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS