Nikolay İvanoviç Baranovskiyə
Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi
Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay
İvanoviç Baranovski cənablarına
Şərq dillərini öyrənmək işinə mane olan islam əlifbasının çətinliyi bir neçə il bundan əvvəl məndə həmin islam əlifbasını dəyişdirmək, ona sait hərflər əlavə etmək və nöqtələri atmaq yolu ilə yeni bir əlifba layihəsi tərtib etmək həvəsini yaratdı. Mənim bu layihəm birinci dəfə onu təqdim etdiyim S.Peterburq şəhərindəki bizim məşhur akademik Dorn tərəfindən təqdir edildi. Sonra 1863-cü ilin 23 aprelində mən valahəzrət böyük knyaz Qafqaz canişinindən icazə alaraq, idarə rəisi Kruzenşternin Konstantinopoldakı səlahiyyətli nazir və imperator elçisinə valahəzrət canişinin əmrilə yazdığı tövsiyənamə ilə oraya yola düşdüm. Mən səfirimiz vasitəsilə Türkiyə sədr-əzəmi Fuad Paşa ilə görüşdüm və onun göstərişi ilə mənim layihəm Türkiyə Elmlər Akademiyasına mütaliə üçün təqdim edildi. Həmin müəssisə üç iclasında bu layihəyə ətraflı surətdə baxdıqdan sonra, onu məqsədəuyğun və hər cəhətdən tərifəlayiq bir layihə hesab etdi. Sonra onu Osmanlı imperatorluğunda çıxan aylıq bir məcəllədə çap etdirdilər. Lakin həmin layihədə kitab çap etmək üçün əlverişli olmayan bəzi cəhətləri dəyişdirincəyə qədər onun həyata tətbiq edilməsi işi təxirə salındı. Sonra həmin akademiyanın təklifinə əsasən mən Türkiyə hökuməti tərəfindən Məcidiyyə ordeni ilə və fərmanda mənim müsəlman xalqları ədəbiyyatının xeyrinə göstərdiyim xidmətin əhəmiyyətini qeyd etmək şərti ilə yerli fəxri ləqəblə təltif edildim.
Bundan sonra mən Tiflisə qayıtdım. O zamandan bəri bu məsələ hələ də toxunulmamış qalır. İranın Konstantinopoldakı səfarətxanasında müşavir vəzifəsində çalışan, mənim layihəmdən vəcdə gələn və müsəlman əlifbasını dəyişdirmək haqqındakı fikirlərimi təqdir edən erməni zadəganlarından olan tanışımı, məşhur şərqşünas və yazıçı Melkum xan öz zövqünə əsasən yeni bir layihə tərtib etmiş, kitab çap etmək işini asanlaşdırmaq üçün çətinlik törədən maneələri tamamilə aradan qaldırmış və özünün ixtira etdiyi yeni əlifba ilə çap olunmuş bir kitabçanı son günlərdə tanış olmaq üçün mənə göndərmişdir.
Doğrudur, Melkum xanın yeni əlifbası kitab çap etmək işində əngəl olan bütün maneələri doğrudan da aradan qaldırır; lakin bu əlifbanın oxunma işlərində başqa çatışmaz cəhətləri vardır. Çünki bu layihədə nöqtələr ləğv edilmədiyi kimi, sait hərflər də əlifbanın tərkibinə salınmamışdır. Hələ mən bu əlifbanın hərflər sağdan sola yazılan müsəlman yazısı üçün əlverişli olmadığı haqqında danışmıram. Bunlarla əlaqədar olaraq, mən Melkum xanın layihəsinə tənqid yazaraq, eyni zamanda, özüm kitab çap etmək üçün əlverişli olmayan cəhətləri aradan qaldırmaq şərtilə, yeni müsəlman əlifbasının daha bir layihəsini tərtib etdim. Həmin yeni əlifbanın layihəsini Melkum xanın layihəsinə yazdığım tənqid və mənim keçmiş əlifbam haqqında Türkiyə Elmlər Akademiyasının verdiyi rəyin surəti ilə birlikdə Tehrandakı Maarif Nazirliyi adlanan idarəyə təqdim etmək qərarına gəldim. Mənim bu ədəbi əsərim əvvəllər də Türkiyə Elmlər Akademiyasına mənim idarə başçılarımın icazəsi ilə təqdim olunduğuna görə, hazırda cənabınıza müraciətlə, Qafqaz canişinliyinin baş idarəsi rəisi həzrətlərindən, bu sənədləri Tehrana göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana təqdim etməyim üçün icazə istəməyinizi acizanə surətdə xahiş edirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-nikolay-ivanovic-baranovskiye
Use ← → keys to move, R for a random poem
More by this author
Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç!Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.
Həsən bəyBilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!
Həsən bəyFevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.Vəkili-naməlumi-millət*
Həsən bəyHərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın.15 fevral, sənə 1877*
Poems by other poets
Bu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.