Göl min il yaşadı səssiz-səmirsizNə bir bulaq gördü, nə də bir dəniz.Lillənib qaldıqca öz yatağındaİncitdi qəlbini, o torpağın da.Nə sevinci oldu, nə də kədəri,Belə sakit ötdü ömrün günləri.Dağ seli bircə gün haray qopardı,Qayalar uçurtdu, daşlar apardı.Sonra da qovuşdu axar bir çaya,Axdı fırtınalı coşqun dəryaya,Nə ömrə acıyıb, nə bəxtə küsdü,Mənalı bir ömrə bir gün də bəsdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets