(İki şer)

Oğul, evimizə qədəm qoyandanSənə söyləməyə xeyli sözüm var.Fəqət hardan tapım mən vaxtı, hardan,Əlindən nə gecəm, nə gündüzüm var.

Nə vaxt ki, oyaqsan, haray salaraqTöküb dağıdırsan, qarışır hər yan.Yatırsan – sükuta qərq olur otaq,Danışa bilmirik biz qorxumuzdan.

Anan çox çəkmişdir əziyyətini,Gündüz dincəlməmiş, gecə yatmamış.Yüz yol yatağından qalxsa da, səniBir dəfə yuxudan kal oyatmamış.

Bəzən səhərədək uyumamışsan,Biz səni nə qədər tutmuşuq dilə.Sübhü gözlərilə açarkən anan,Sənin bir gülüşün, təbəssümünləBütün ağrıları unudub, yenəŞirin layla çalmış təzədən sənə.Xəstə də yatmısan sən uzun müddət,

Bəzən bilinməmiş azarın, dərdin.Həkimin, dərmanın olsa da fəqətBilirəm, yenə də uçub gedərdin,Bir də qayıtmazdın sən bu otağaƏcəl tez axtarıb tapardı səni.Anan sinəsini verib qabağa,Ölümün əlindən qopardı səni.İndi sağalmısan, bir yaşın da var,Yenə əl çəkmirsən dəcəlliyindən.Daha söz qanırsan, oğlum, Etibar,Səninlə çox ciddi danışıram mən.

Bir ildən artıqdır şer yazmıram,Əgər acısam da bu hala bəzən.Təəssüf etmirəm, Etibar, balam,Sən özün həyatda şah əsərimsən.

Fəqət qəlbim yanır anana, oğlum,O bərk xəstələnib bu son zamanda.At bu dəcəlliyi bir yana, oğlum,Qoy sən tək sağalıb dursun anan da.

Səninçün itirib o gəncliyiniO sənlə ağladı, sənlə sevindi.Ağ çiçəklər kimi ömrün hər günüOnun saçlarına ələnmiş indi.

Üzümə baxsan da indi diqqətləAncaq duymayırsan nə deyir atan.Bir zaman sən xəcalətləAnıb bu günləri utanacaqsan.

O zaman kim bilir nə deyəcəksən,Mən yaza bilmirəm indi o hissi,Sən danışmasan da, qoy söyləyim mən,Ana nəvazişi, ana nəfəsiƏzizdir dünyada hər şeydən, oğlum,Onun qədrini bil bu gün sən, oğlum!

II

Mənim əziz oğlum, Etibar balam,Sən təzə açılmış çiçək kimisən.Gülüb-oynayırsan yenə bu axşam,Sənə şer yazmaq istəyirəm mən.Dəcəlsən, şıltaqsan, kürsən, inadsan,Bilir xislətini qohum da, yad da.Çox zaman əlindən yanaraq ananBelə dəcəllikdə, belə inadda

Uşaq az tapılar, nə deyim buna...Heç kəs övladını qarğımaz, odur,Sözlər yığılsa da dilin ucunaAnan qəzəbini yenidən udur.Axı sən qəşəngsən, o gözün, qaşınNə Arazda vardır, nə də atanda,Ay kimi gözəlsən, bəzən həmyaşınUlduza bənzəyir sənin yanında.

Şəvə gözlərini görəndə hər kəs,Deyir ki, dünyaya gələndən yəqin,Anan heç üzünü yumamışmı bəs?Nə yaman qaradır gözlərin sənin.

Nə vaxt tərifini eşidir ananGörürəm xoş gəlir bu sözlər ona,Bəzən inadından danışılarkənÇəkir yaxasını o zaman yana.

Axı bu görkəmin, bu qamətinləOğlum, bizlərə yox, yana çəkmisən.Bu mehribanlığın, cəsarətinləAnan da bilir ki, ona çəkmisən.

Bakı, 1956

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets