Məktubunu oxuyuram...Dönə-dönə,Qayıdıram hər cümlənə, hər sözünə.Oxuyuram,Düşünürəm.Düşünəndə gözlərimi yumuram ki,Səni görəm.Oxuyuram, düşünürəm. Fikrim ötən günlərimivaraqlayır,Oxuyanda gülümsəyən sətirlərin,Düşünəndə qan ağlayır.Bir məktubda nə deməkdirBu ağ, qara?Rənglərə bax,Hardan-hara?Kim deyir ki,Hər kəlməninBir mənası bir yükü var?Yox! Ürəkdə dilə gələn yaşıl sözlər,Budaqlardır,Yüz budağın bir kökü var. Kök ürəkdir.Yarpaqlarda rəngi yaşıl,Səsi, sözü pıçıltılar.Pıçıltının səsi birsə,Min mətləbi, min sözü var.Mən sözün öz mənasını istəmirəm.Bir məzmuna o, qul olur,O, duyğudan məhrum olur,Yoxsul olur.Mən vurğunam hər kəlməninÇalarına.Nida kimi dik dayanıbHökm verən halına yox,Sual kimi boyun bükübDüşüncəyə dalanna.Düşüncənin min rəngi var.Göydəki ay, yalnız aydır,Suya düşsə,Qırçınlanan dalğalardaNeçə rəngdən çələngi var.Sənin əlvan duyğularınSözün məna sərhədindənO taydadır.Sözlər yatır quzu kimi,Çalarları haraydadır.Çalarların alovuna alışıram.Günlər keçir...Səsləndikcə qulağımda cümlələrin,Ətrafıma lal kəsilibMən səninlə danışıram:Yazırsan ki: - Darıxma, ha...Burda sözün qəsdi geniş,Yuvası dar.Burda sözün cövhərindənNeçə-neçə söz sıçrayar.Sözdən fikir.Fikirdən dəNeçə-neçə mətləb çıxır."Darıxma"nın o tayındaSöz darıxır,Söz karıxır.Sən "yox"dakı o "var"a bax.Sözün əksi-çalara bax.Sən "darıxma" deyən zaman,İstəyirsən ömrüm boyuMən darıxım sənin üçün.Rənginə bax, qəlibindən çıxan sözün!Darıxıram, aya, günə sığışmıram.Darıxıram,DünyamızınQaydasına ölçüsünəSığışmıram.Darıxıram,İstəyimə çatmaq üçün.İstəyimiz fövqündədir sözümüzün.Darıxıram,Doğmalarım sağ-solumda.Darıxıram,BaxışlarınYanıb sönür xəyalımda.Gözlərimin önündəki baxışlaraYad olmuşam.Xəyaldakı baxışların işığındaUdulmuşam.Təqvimdəki varaqlarınBir ayını birdən cırın!Yayı ötüm,Göz yaşı tək kirpiyimdən,Qopub düşüm payıza mən.

İyul, 1975, Şəki

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets