Kəpənək
Xatirələr
Emin Sabitoğlu bəstələmişdir
Kəpənəklər uçub gedər,Əlimizdəİşıldayan toza bənzər xatirələr.Payız gələr...Yollar üstə səpələnən xəzəllərdənGah itən, gah üzə çıxanİzə bənzər xatirələr...
Fikrimizin aynasındaGah alçalır,Gah yüksəlir xatirələr...Gah olur ki, acılıqdanürək dəlir xatirələr...Gah həyatın özündən dəəziz gəlir xatirələr...
Dağ başından gün əyilər.Bir müddətsə istiliyidaş-divarda qalar ancaq.Gənclik gedər,xatiratı könlümüzü alar ancaq...
Unudulmuş bir kədərli nəğmədəkiQırıq-qırıq sözə bənzər xatirələr.Hərdən yanıb,Hərdən sönənközə bənzər xatirələr.Cığırları dağa çatanDüzə bənzər xatirələr.Bir işıqsız gözə bənzərxatirələr...
Noyabr 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-kepenek
Use ← → keys to move, R for a random poem
More by this author
Əzizim Nurəddin üçün*Çal dünyadan xoş günü
Ağıla sərhədAğıl həddindən artıq inkişaf edərsə, xarakteri pozar*Ribot*
Ağıl başqa, ürək başqaBir-birinə bənzəsə də,Yel başqadır, külək başqa.
MüəllifdənSovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim ki, ömür yollarında büdrəmələrim də olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur.O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım bu şeirlər qəlbimin fəryadı - yəni, o zamanın ağrı, acılarıdır. 1950-ci illərdən Sovetlər İttifaqı dağılana qədər yazılmış və arxivimdə gizlədilmiş bu şeirlərin bir qismi ilk dəfə "Nağıl-həyat" (1991), "Ümidə heykəl qoyun" (1993), "Körpü çaydan uzaq düşüb" (1996) kitablarımda, tam halda isə 7 cildlik "Əsərləri"min 6-cı cildində (2003 "Sandıqdan səslər" başlığı altında çap olunmuşdur. Burada verilən şeirlər onların yalnız cüzi bir qismidir.