Bir-birinə bənzəsə də,Yel başqadır, külək başqa.Ətri də xoş, rəngi də xoşGül başqadır, çiçək başqa.

Hər diki yoxuş bilmə, gəl,Hər meyi meyxoş bilmə, gəl.Hər uçanı quş bilmə, gəlQuş başqadır, böcək başqa.

Hər dərdinə ortaq mənəm,Hər ağrını tən bölənəm,Sən çəkənsən, mən gələnəmGəmi başqa, yedək başqa.

Haqqın yolu-öz yolumdur,Əyilməyən düz yolumdur,Xeyirlə şər sağ - solumdurŞeytan başqa, mələk başqa.

Bir diləyə mən calandım,Gah qazandım, gah talandım.Ömrüm boyu haçalandımAğıl başqa, ürək başqa.

Dilək oldu mənim adım,Pərvazlandı qol-qanadım.Çatmadı səbrim, inadımƏməl başqa, dilək başqa.

Noyabr, 1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets