Mən üzgüçü deyiləm, nə işim var dərindəMən üzürəm dənizin ancaq dayaz yerində.Dənizin dərinliyi vahiməylə doludurTəkcə bunu bilirəm: Dərinlik qorxuludur.

Mən qorxuram könlümün içinə baş vurmağa,Orda donub daşlaşan layları qaldırmağa.Qaldırdınmı bir layı, lay üstündən lay gəlir,Sükut layı pozulsa, dalınca haray gəlir.Haray, dərinlikdəki min-min məchuldan haray!Ana yoldan ayrılan cığırdan, yoldan haray!Bir gülü dərmək üçün min əzaba dözürkənQarşında gül yerinə dikilən koldan haray!Qorxuram xəyalımın məni hər gün aldadıbSərxoş edən meyindən.Bir də.. .könül dəryamın dibsizdərinliyindən.Nə deməkdir duyğumun bircə anın içindəYanıb cilalanması?Sabahkı faciənin bu gün hardansa sızıbÜrəyimə damması?

Nə damdı, niyə damdı?Niyə ağla dammadı, ancaq ürəyə damdı?Biz dammanı bilirik damdırandan xəbərsiz.Gah yanıb, gah sönürük, yandırandan xəbərsiz.

Daman ki, məlum idi.Bəs, damdıran kim idi?Niyə xəbərdar edir tale məni öncədən?Xəbər taledən gəlir, yoxsa, mənə TanrınınVerdiyi düşüncədən?

Yuxuda gördüyümüz gerçək olur ertəsi,Bu günün olayları unudulur ertəsi.Qırx il əvvəl olanlar elə bil bayaq olmuş.Niyə uzaqlar yaxın, yaxınlar uzaq olmuş?Nə deməkdir bu hallar -Məni heyrətləndirən bu cavabsız suallar?

Heykəllərə döndərib hər duyğumu, hissimiMehrab kimi, büt kimiOnların qarşısında mən donmaq istəyirəm,Hər birinə əlimlə toxunmaq istəyirəm.Eşitmək istəyirəm fəryadını, ahını,Mən görmək istəyirəm bir duyğudan göyərənOnun dörd cinahını.Dünyanın bir sığalı, amma bol şilləsi var,Ömrün üç pilləsi var:Dünən-günah,Bu gün - dərd,Gələcəksə - ölümdür.Üçü birgə - insanın öz-özünə verdiyiİztirabdır, zülümdür.Günah - köhnə günahdır, unuduruq amma biz.Günahkardır cəddimiz.O zamandan bulanıb hey axsa da çox sular,Tanrının cənnətindən cəddimizi qovdular.Hakim ola bilmirik nəfsimizə o gündən,Xilas ola bilmirik şeytanın hiyləsindən.Biz əl açıb dərgaha -Təzə adlar veririk bu gün köhnə günaha...Tanrı hər şeydən əvvəl torpağı yaratdı ki,Yaratmaq istədiyi insan üçün yem olsun,Təbiətdə bir ahəng, tarazlıq, nizam olsun.Amma insan ölüncəBu dəfə də o özü torpaq üçün yem oldu.Bu, ona təslim ikən,O, buna təslim oldu.

Sən ey bu nizamdakı ilk qaydanı pozanım,Sən ey vaxtın əlilə bizə tale yazanım,Nə deməkdir, özün de,Yemin dönüb yenidən yeminə yem olması?Hakimin qul olması, qulun hakim olması?

Bircə günün içində min bir hala düşməyim -Özgəsiylə dil tapıb, özümlə döyüşməyimNə deməkdir, ilahi?Mən ki, aciz bəndənəm,Bu duyğular elindəüzü qara,dili lal,Gözü kor şərməndənəm.Mənə verdiyin ağıl niyə gəlmir karıma?O, cavab tapa bilmir min-min suallarıma.Özün de, mənim ağlım aciz isə bu qədər,Hardan doğur bəs sənin sirrinə əl uzadan,Bu cavabsız suallar?Eyni gündə doğulur hər qıfıla bir açar,Qıfıl varsa, açar var,Sual varsa, cavab var.

Mart, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets