Gülər
Page 2 of 2 · 50%
razı edə bilərik, – dedim.
– Xeyr, razı olmaz. Mən çox yaxşı bilirəm. Razı olarsa, mən sizdən daha artıq məmnun olaram. Ancaq bilirəm ki, razı olmaz.
Mən Gülərin çoxdan razı olduğunu bilib, onu ələ vermək istəmirdim. Ancaq nə edəcəyimi bilmirdim.
– Hər halda siz bizə köməyinizi vəd edin...
– Mən kömək etməyə hazıram, ancaq vəziyyət elədir ki, Gülər razı ola bilməz, istərsəniz, özündən soruşun, özü sizə desin.
Mən Gülərə baxdım. O, hərəkətsiz oturmuş, gözlərini qırpımsız baxışlarla ayaqlarına dikmişdi. Kamal məni elə vəziyyətdə qoymuşdu ki, mən Gülərdən şəxsən soruşmağı münasib görmürdüm. Kamal mənim vəziyyətimi asanlaşdırdı və üzünü Gülərə tutaraq, olduqca həlim və gülərüzlə:
– Gülər, – dedi, – bu yoldaşlar səni kinoya dəvət edirlər. Mənim bir sözüm yoxdur, sən necə, razısanmı? Özün de ki, yoldaşlar özləri eşitsinlər.
Gülər əvvəlki kimi hərəkətsiz oturmuşdu.
Kamal çəkmələrinin uclarını əsəbi hərəkətlə evin döşəməsinə döyürdü. Gülər cavab vermirdi.
Mülayim bir baxışla ona baxan Kamal, birdən qaşlarını çatdı, baxışları itiləndi, bu baxışdan vəziyyətini anlamaq çətin deyildi. O, Gülərin tərəddüdsüz cavab verəcəyini gözləyirdi. Lakin Kamal tez özünü ələ aldı və yenidən gülümsəyib, daha yumşaq bir səslə:
– Gülər, – dedi, – utanmaq lazım deyil, səni zorla aparmağa və göndərməyə kimsənin ixtiyarı yoxdur, razısan, ya razı deyilsən, özün de, qoy bu yoldaşlar da öz təkliflərini bilsinlər.
Hər üçümüz bir intizarla Gülərə baxır, cavab gözləyirdik. Gülər isə dinməz və hərəkətsiz oturmuşdu. Kamal yenidən əsəbiləşmiş, qaşları yenidən çatılmışdı.
Nəhayət, Gülər yenidən başını qaldırdı. Zəif bir hərəkətlə qıvrıq saçlarını kürəklərinə atdı, iri mavi gözlərini qaldırdı. Ilk əvvəl Kamala baxdı. Onun çatılmış qaşlarını və iti baxışlarını görüncə, tez gözlərini döndərdi. Mən onun baxışlarını tutdum. Gülərin üzü qızarmış, incə dodaqları titrəyirdi. O məndən utanmış kimi, tez gözlərini qaçırtdı, yenidən başını aşağı salıb, baxışlarını yerə dikdi və bir kəlmə də danışmadı.
Mən bilirdim ki, Gülər getmək istəyir, ancaq razılıq verməyə cəsarət etmir. Mən onu vəziyyətdən çıxarmaq üçün:
– Susmaq – razılıq əlamətidir, – deyə yarıdoğru, yarızarafat qeyd etdim.
Bunu Kamal özü də görür və hiss edirdi. Odur ki, bu dəqiqədən etibarən onun çatılmış qaşları sona qədər bir daha açılmadı. Üzü adi mülayimliyini itirdi, soyuq və əsəbi bir səmimiyyətlə pərdələndi. Ancaq yenə də özünü sakit göstərməyə çalışırdı:
– Orası elədir, biz ikimiz də razıyıq. Ancaq onun da razılığı kafi deyildir. Çünki mənim anam vardır. Qoca arvaddır, daş atar, başını tutar. Boğazına kəndir də salsalar, razı olmaz, – dedi və qaşlarını elə çatdı ki, guya bu işdən artıq bir şey çıxmayacağına özü də təəssüf etdi. Kamal udqundu, duruxdu, tutuldu, düşündü. Mən açıq görürdüm ki, o, bəhanə axtarır. Nəhayət, çiyinləri yavaşcadan atıldı. Mən anladım ki, o çıxış yolu tapmışdır. Kamal yapma bir görünüşlə gülümsədi.
Bilirmisiniz, anası razı olsa da, yenə başqa bir anası da vardır. O, razı olmaz.
Indi artıq mən özüm duruxdum. Necə yəni ikinci anası? Bəzən adamın 2-3 və daha çox anası ola bilər. Kimsə deyə bilməz ki, filankəs mütləq mənim atamdır. Işin burasını ancaq anası bilər. Ancaq adamın bir neçə anası olacağını mən təsəvvür etmirdim.
Birdən ağlıma bir şey gəldi. Kamal ikinci ana öz anasına demiş olmasın? Gülər başını aşağı salmış, qıvrıq saçları ağ köksünə tökülmüşdü. Kamal çəkmələrinin uclarını evin döşəməsinə döyüb, özü də nə etdiyini bilmirdi.
– Siz axı özünüz dediniz ki, ananız maarifpərvər bir qadındır. Hətta 25 il bundan əvvəl maarif və tərəqqi yolunda çalışmağa atılmışdır. Belə mədəni bir qadın belə mədəni bir işin əleyhinə ola bilərmi?
Kamal yenə də udqundu. Öz sözü ilə özü tutulmuşdu. Nəhayət, özünü toplayıb, soyuq bir deyişlə:
– Yox, axı, anam da tək deyildir. O razı olsa, başqaları razı olmaz. Mənim nənəm eşitsə, dünyanı dağıdar. Siz sonra gəlin onu başa salın.
Bizlik olsa, bir şey deyil; ancaq qohum var, əqrəba var... Yox, bu işdən hər halda, bir şey çıxmaz.
Artıq mən müvazinətimi itirdim. Bir rentgen kimi Kamalın varlığını işıqlandırmış və hər bir iliyini ayrılıqda görürdüm. Artıq mən heç şübhə etmirdim ki, Kamal Gülərin nişanlısıdır. Mən bilirdim ki, Gülər ondan bilikcə də, dəyərcə də yüksəkdir. Mən ancaq Kamalın gərək danışığında, gərəksə hərəkətindəki ustalığa heyrət edirdim. O, istədiyi dəqiqədə özünü ələ ala bilir, istədiyi vəziyyətə gətirə bilirdi.
– Nənənizin neçə yaşı var?
– Nə bilim, 70-80... Indi gəlin onu başa salın. Odur ki, deyirəm, dərdin yarısını bilirsiniz, yarısını yox, – deyə Kamal böyük bir ustalıqla sözünü sona vardırdı.
Artıq mən öz-özümü ələ ala bilmirdim.
– Yetmiş-həşdad, çox yaşasa doxsan. O, artıq ölüdür, meyitdir. Gülər isə
ancaq indi-indi yeni həyat üçün ayaq açır, siz isə onun yürüş yollarını meyitlərlə doldurmaq istəyirsiniz. Bibim, xalam, nənəm... Ancaq sənin bu cəsədlərdən, meyitlərdən tikdiyin bu hasar bizim yüksəliş yolumuzu kəsə bilməz. Bu gün deyilsə, sabah Gülər bu hasarı sökəcək, bu cəsədlərin üzərindən atılıb, yeni bir həyata keçəcəkdir, – dedim.
Mən yaman qızışmışdım. Kamal da öz müvazinətini itirmişdi. Gülər ara-sıra iri
gözlərini qaldırıb mənə baxır, yenə də baxışlarını məndən qaçırıb, yerə dikirdi. Artıq onun al yanaqları saralmış, dodaqlarının rəngi qaçmışdı. Bütün bədəni bir yarpaq kimi əsirdi.
– Bilirsən, yoldaş, nə var? – deyə Kamal sərt bir deyişlə sözümü kəsdi: – Uzun danışmaq lazım deyil. Mən özüm firqəçiyəm, özüm də raboçi, bu da mənim çəkmələrim... – Burada Kamal sağ ayağının zorba çəkməsini qaldırıb, stol üstünə qoydu və Güləri göstərərək: – Bu mənim nişanlımdır, – dedi. – Mən öz arvadımı nə səhnəyə, nə kinoya, nə də başqa-başqa yerlərə buraxmaram, vəssalam, şüdtamam, qurtardı getdi.
Kamal sözünü elə bir qətiyyətlə dedi ki, artıq danışmağa imkan qalmamışdı. Özü də sərt bir hərəkətlə ayağa durdu. Bu o deməkdi ki, məsələ bitmiş, qapı açıqdır, buyura bilərsiniz. Istər-istəməz biz də qalxdıq.
Ancaq Gülər əvvəlki kimi oturmuş və hərəkətsiz yerində qalmışdı. Mən son gedişdə onun üzünə baxdım. O yenə əvvəlki kimi titrəyir, yenə də xəzəl kimi sapsarı saralmışdı, solğun dodaqlarını gəmirirdi. Lakin o yenə də gözəldi. Belə əsəbilik ona bir az da yaraşırdı. Onun istəyini qırdılar. Onun bacarığını öldürdülər. Onu canlı həyatdan, vuruş səhnəsindən qaytarıb, dörd divar arasına qapadılar... Öldürdülər...
Gülər son gedişdə gözlərini qaldırdı. Üzr istəyirmiş kimi, mənə baxdı. Mən onun baxışlarını tutdum. O isə utandığından uzun qara kirpiklərini endirib, iri gözlərinin mavi bəbəklərini örtdü.
Sakit yay yağışı kimi gözündən qopan göz yaşları almaz daşları kimi yanaqlarından yuvarlanıb, ağ köksünə düşürdü... O yenə də gözəldi. Mən onu belə bir görüşdə obyektiv qarşısında saxlaya bilsəydim, adı bütün dünyada dildən-dilə gəzə bilərdi. Indi o artıq ölmüş, çürümüş sümüklərə, cənazələrə qoşulmuşdu. O bu vəziyyətdə də gözəldi.
Ayrıldıq.
Mən yolu gedərkən düşünürdüm: “Kimsəyə işıq verməyən günəş, kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır?”
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-guler
Use ← → keys to move, R for a random poem
More by this author
Gözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.
Əvvəlinci məclisVaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!
İkinci məclisVaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,
Üçüncü məclisVaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində.Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə
Poems by other poets
Bülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,