“Ölülər” əsəri haqqında
Page 2 of 2 · 50%
gözləyirkən. “Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən ayırmaz” – deyə qollarını açıb onu qucmaq və qəhrəman kimi araya atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı, İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki, İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı.
Həm də bir çox məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi.
Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın fırıldaqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur.
Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki H a c ı Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün mühakimə etməyirlər. “Şərab da içirəm özüm bilirəm, can mənim, cəhənnəm tanrının” Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin Səməndər keflənib öz evini yıxarsa və onun üzərinə köydəki evlərin həpsi od alıb yaxılagülə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır. Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım İskəndər keflənməsilə yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş ki, İskəndər Firəngistandan qayıtmış, xalq mədəniyyətinin, elmin, maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin, maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hankı bir axmaq öz oğlunu Firəngistana göndərəcəkdir.
Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki, oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli, böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən H a c ı Həsən on il əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə qənaət hasil etmiş...
Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək istərəm...
İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı, öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə zavallı cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə, bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın: Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı, fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor, qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli İskəndərmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-oluler-eseri-haqqinda
Use ← → keys to move, R for a random poem
More by this author
Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
PapaqGecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Gülər(Xatirat dəftərindən fraqmentlər)– Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim.
FiruzəO, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı.Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim.