Taxta aktyorlara geniş yol verməli
Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə.
Son zamanda Şuralar Ittifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır.
Əsasən, bu teatr yeni deyildir. Bu teatrın qədim bir tarixi vardır. Taxta aktyorlardan ibarət teatr həmən bütün məmləkətlərdə qədimdən bəri davam etməkdədir. 1904-cü ildə Misirdə aparılan qazıntılar əsnasında miladdan 16 əsr əvvələ aid kukla truppası tapılmışdır.
Ən çox kukla teatrı Şərqdə və Qərbdə məşhurdur. Hindistanda bu teatr qəhrəman Vyubuşaq adını, Rusiyada Petruşka, Çində – Kvo, Yaponiyada – Ninigs Çükay, Türkiyədə Qaragöz, İtaliyada Pulçinello, Fransada – Polişinel, Almaniyada – Hansvurts, Kasperle, İngiltərədə – Panqer teatrı, İranda – Kaçal Pəhləvan, Türküstanda – Pəhləvani Keçəl, Tunisdə – Qaraquş adını daşımışdır.
Bu vaxta qədər heç bir teatr kukla teatrı kimi xalq arasında məşhur olmamış və kütləvi şəkil almamışdır. Çünki bu teatr yüngül olduğundan asancasına hər yerə daşına bilər. Onun aktyorları taxtalardan qayırma və xırda olduğundan bir çamadana və ya kisəyə yerləşər. Bu teatrın tamaşasını hər yerdə: meydançada, məktəbdə, klub binalarında və başqa yerlərdə göstərmək olar. Bu teatr qədimdən bəri xalqın və əməkçi kütləsinin malı olduğundan, həmişə onun fikirlərini ifadə etmiş, zalım və istismarçılara qarşı protesto etmişdi. Qaragözlərin, Petruşkaların, Keçəl Pəhləvanların gülünc hala saldığı mollaların, keşişlərin, şahların, sultanların və çarların, saray adamlarının, tacirlərin və varlıların sayı az deyildir.
Hazırda bu teatr yenə canlanmaqdadır. Gərək bizdə və gərəksə xarici ölkələrdə bu teatrlardan təbliğat aləti kimi ciddi istifadə olunur.
Yalnız kiçik Çexoslovakiyada 1000-ə qədər xalq kukla teatrı vardır. Bundan əlavə məktəblər və maarif cəmiyyətləri yanında 200-ə qədər kukla teatrı tamaşa vermişdir. Bu göstərir ki, kukla teatrından necə geniş miqyasda istifadə olunur.
Kukla teatrı Yaponiyada çox irəli getmişdir. Burada kuklalar insanın üçdə dörd hissəsi boydadır. Müxtəlif mexanizm ilə bu taxta aktyorlar canlı aktyorlar kimi oynayırlar.
Şuralar ölkəsində dəxi kukla teatrına çox ciddi əhəmiyyət verilir. Hazırda Leninqrad İşçi Gənclər Teatrı və Moskvada Çocuq Tamaşaçıları Teatrı yanında kukla teatrları vardır.
Bu vaxta qədər Azərbaycanda belə bir şey yox idi. İndi bu işə iqdam olunmuşdur. Türk Bədaye Teatrının gənc atkyorlarından Bəbirli yoldaş bir kukla teatrı truppası düzəltmişdir. Bu taxta aktyorlar çox ciddi, həvəslə və ustacasına qayrılmışdır. Bu, aktyorlar olduqca çevik hərəkət edə bilirlər.
Bu teatrın yalnız Bakıda deyil, bütün Azərbaycan dairə və kəndlərində böyük müvəffəqiyyət qazanacağı şübhəsizdir. Firqə və hökumətimizin tapşırıqlarını təbliğ etmək və siyasətimizi kütlə içərisində yaymaq işində bu kimi teatrların böyük rol oynayacağını kimsə inkar edə bilməz. Bu yaxşı işə ciddi kömək etmək və bu işi canlandırmaq lazımdır.
Bu teatrı qüvvətləndirmək, repertuarını canlandırmaq və artırmaq ilə ona teatrlarda və klublarda çıxışda bulunmaq üçün imkan vermək lazımdır.
Birinci növbədə, Türk Bədaye Teatrı müdiriyyəti və kollektivi öz aktyorunun bu faydalı təşəbbüsünə kömək etməli və onu öz hamiliyinə almalıdır. Ali Siyasi Maarif Idarəsi, Bakı Xalq Maarif Şöbəsi bu işə fikir verməli və təşviqat məqsədi ilə istifadə etməlidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-taxta-aktyorlara-genis-yol-vermeli
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Bir insana inamımı itirdimAğ yol idi... ikimiz bir qaraltıNağıl kimi: işıq yandı, it hürdü...