Qız qalası
1Quzğunun sahilində pək qocamanBir yapı, əski sirlər yuvası,Sanki dalmış dərin düşüncələrə,Duruyor sakitanə Qız qalası.Bu yaxın keçmişin gözəl gəlini,Baxıyor, sanki qəm büküb belini,Qocalar tək həyatdan doymuş,Baxıyor dövrəyə yarımuyumuş.Hər yan altın bəzəkli şən yapılar,Dirilik dörd yanında qaynamada.Arxada bir gurultu, bir yenilik.Öndə çapqın vaporlar oynamada.Qara, yüksək, şubay buruqlardanNeft atılqanları nöyüt sərpər.Həp yarım milyon işçinin çəkiciÖylə çarpar ki, yer əsib titrər.Gecə sahil boyunda seyr edəsən,Gəzişirlər yığın-yığın qızlar;Günəşin istiqanlı yavrularıHərə bir canlı gül seçib izlər;Oxşayıb güldürər, gülər, dinlər,Söyləyər, yalvarar, deyər, inlər.Hər tərəf başqa dürlü bir yenilik;Hər tərəf sevgi, hər tərəf şənlik;Dirilik tam gurultusilə özünGöstərir sahilində bir dənizin.
2
O, fəqət bunlara qoyurmu məhəl?Yox, yox, o iştirakə pək tənbəl.Görkəmindən düşündüyün sonsuzAndırar sanki dərdli bir öksüz.Unudulmuşmudur, ona darılar?Əski elxanlılar çağınmı anar?Kim bilir, söyləməz, qonuşmaz ki,Qaynayan dirliyə uyuşmaz ki.Dalmış o pək dərin xəyalə, durur,Nələr, Allah, bu əski ev düşünür?!
3
Burası örtülü bütün eldən...Pək dərin keçmişin, fəqət dildən –Dilə vardırdığı dumanlı xəbərXalq içində maraqla söylənilərKi, bizim paytaxtımız xanınınQızını Abşeron xanı görmüş,Oğluna almaq istəyib sormuş.Xan da bu batqın ölkə xalqındanQorxaraq, indiki bu dik qalayıXəzərin göy suyunda tikdirərək,Qızını, bir də bir qoruq alayıAbşeron çapqınından aldırmış,Göylərə, bu binayə qaldırmış.
4
Söylənir bu... fəqət mənə bir gün,Qoca, düşkün qiyafəli bir pirPək gözəl, şairanə sözlərlə,Etdi bir qəmli macəra təsvir.
5
Altı yüz il qədər əvvəllərdə,Bu binaya yaxın duran yerdəBakının sahilüstü bir küçəsi,Can sevən bir gözəl mayis gecəsi...Tam göyün ortasından ay durmuş,Dörd yanın dövrə bir işıq bürümüş.Altı-yeddi sarımtıraq ulduzPək uzaqlarda titrəşir fərsiz;Sakitanə dəniz durub parlar,Sıçraşıb xırda damcılar oynar;Uyuyur qumlar üstə ilbizlər;Orda gizlənqaç oynayır qızlar.Mey vurunca hava xəfifanə,Inlədikcə dəniz xəfifanə,Yerə aydan işıq saçıldıqca.Görünüşdən ürək açıldıqca,O mələk gözlərində bir sevda,Baxıyor, sanki seyr edir röya.
6
Ruhu onsuz da oxşayan bu gecə,Dayanıb bağda bir yaşıl ağaca,Saçların dağınıq arxaya tökərək,Gözlərin ta uzaqlara dikərək,Baxıyor bir xəyalə dalmış qız,Baxıyor kainata qırpımsız.Göydən ay öz şəfəqlərin səpiyor,O qızın ağ gümüş döşün öpüyor.Bir xəyalı kaman tək inləyərək,Şəvə tək saçların öpər yellər.Oxşadıqca ilıq hava bədənin,Qucuyor boynunu uzun tellər.O fəqət... dinləməz bu aləmi bir,Baxıyor düz, düşüncəli, dilgir;Sanki bir başqa kainat arayır.Arabir diksinib için çəkiyor,Ağaca doğru başcığın əkiyor,Yenə dinməz, baxır fəzaya qəmin,1Yenə tutqun, haman yenə dalğın,Qara gözlər haman yenə süzülür,Al dodaqlar ara-sıra büzülür,Gülüyor, ağlıyor, deyil, bəlli,Inliyor, dinliyor çətin həlli!Iri, süzgün, qara kömür gözlərBu üfüqlərdə, ax, nələr gözlər?!Keçmişin bu işıqlı ulduzunun,Allah, Allah, bu gündoğuş qızınınNələr etmiş xəyalını məğşuş,O ayıqdırmı, yoxsa bir bihuş?!Bu gözəllik, bu incəliklə məgərGörən olsa, ona deyərmi bəşər?Yox, satqın, heç bu od ona gəlməz,Onu kim görsə, canlı zənn edəməz;Deyəcəkdir, yəqin ona röya,Pək dərin, şairanə bir xülya.
7
Göydə bir parça ağ bulud yürüdü,Pərdəvarı ayın üzün bürüdü.Bir dəqiqə hava qaraldı bütün,Yenə durmuş bu qızcığaz məhzun.Yenə əvvəlki tək deməz, dinməzYenə əvvəlki tək susar, gülməzBulud ötdü, yenə açıldı hava;Yenə dalğın bu müztərib sima.Demək olmaz ki, mütləqa qəmli,Demək olmaz sevinməsin də vəli.Doğrudan qayğımı çəkir bu mələk?Yoxsa sevdalıdır bu qönçə çiçək?Bağlıdırmı bir odlu eşqə bu qız?Kimə aşiq bu parlayan ulduz?Kimdir o taleyi bu cür gülüyorKi, onunçun bu al çiçək soluyor?Onu yoxsa sevirmi bir sevici,Gülüyor qız, bu eşqə pünhanı?Yoxsa mümkünmü saymayır, eşqin?O da bu sevginin pərişanı.Böylə orta, bilinməyən bir hal.Kəsdirib, bilmək həp bu halı mahal.Ağ buludcuq ayın yanında gəzir,Bir qayıq ta uzaq dənizdə üzür.Yel ipək kömləyin qızın oxşar,Saçların telbətel öpər, oynar.Gecə ölgün sükut ilə yürüyor,Qız da əvvəlki hal ilə duruyor.8
Iki yandan sümükləri çıxmış,Qırışıq sərt üzündə bir iffət;Boz qalın qaşlarilə örtülmüşXırda dik gözlərində bir şəfqət.Gülüyor, hər addımda bir duraraq,Gəliyor, çiyninə başın buraraq,Gəliyor, san, nə isə dinləyərək,Gəliyor hər addımda inləyərək,Gəliyor o Qantemir pərişan hal.Gəliyor xəstələr kimi bihal,Gəliyor söyləsin öz eşqini ta,Seviyor öz qızın zavallı ata...Seviyor, həm deyil ki, bu ata tək,Onu etmiş əsir o canlı çiçək,Seviyor həm nasıl ki, gənc gənci;Seviyor həm nasıl ki, bir sevici.Yürüyor ixtiyarsız, ölgün;Yürüyor kəndi-kəndinə küskün.Qorxuyor o, zəhərli dillərdən,Sanacaq xalq onu rəzillərdən;Adına nəslinin ləkə sürüyor,Ox, nə müdhiş bu!.. Bir qədər duruyor,Qorxuyor tutduğu şəriətdən,Qorxuyor tanrıdan, qiyamətdən;Ad, san, el, tanrıdan olur məhrum.Görüyor qarşısında bir uçurum.Ölüyor, partlıyor, yenə seviyor.Yürüyor, inliyor, yenə yürüyor.Istəyir getməsin, ürək sürüyor;Istəyir sevməsin, könül seviyor!
9
Doğru bir sevginin hüdudumu var?Yox, yox, ancaq sevən bunu anlar!Sevgi bir şey ki, çəkdirir zillət,Həp əzabından aldırır ləzzət.Sevgi bir od ki, yandırır ürəyi;Sevgi bir göz ki, yox onun bəbəyi.Kim ki sevdi, kim olduğun sormaz.Sevdiyindən o, başqa şey görməz,Eyləyir sevgi əqli tez fani,Veriyor bir həyati ruhani.Onu dünya yığılsa qandırmaz,Ya mələklər gələ ovundurmaz.Ona bir fərqi yox düyün, matəm,Sevəcəkdir dağılsa da aləm.Qorxmaz o, tanrıdan, şəriətdən,Alır onsuz da zövq zillətdən.Onda yox artıq hissi-heyvani,Arar ancaq ki, zövqi ruhani.
10
Yürüyor Qantemir yenə irəli,Qorxduğu şeylərin yox heç əsəri;Yürüyor sevgi, başqa təkcə məal...Duruyor qız önündə sanki xəyal.Indi ay ağ buludcuğu devirib,Işığın sanki büsbütün çevirib,Töküyor sahilə gülümsəyərək,Sanki cənnət yaratmaq istəyərək,Qızı guya mələkliyə sınayır.Şəfəqilə qızıl saçın yıqayır.Mən əminəm ki, göydən ensə mələk,Yenə üstün gələr bu nazlı çiçək.Bu gecə etiraf olunsun, əvət,Tanrıya bir rəqib olub xilqət.Artırınca gözəlliyin yaranış,Alıyor qız ilahi bir görünüş.
11Baxıyor Qantemir, həzin baxıyor;Yaş gözündən dayanmadan axıyor.Baxıyor Qantemir qəmin, məhzun.Çıldırır, bax, deyilmi bir məcnun?Baxıyor, bir zavallı tək baxıyor,Bu gözəllik sinirlərin yaxıyor.Gülüyor hər tərəf: dəniz, su, hava,Bircə tutqun bu qızcığaz, bu ata.Yarpaqaltı işıqlar oynaşıyor;Qıza Məcnun ata yaxınlaşıyor,Gözlərində alovlu bir sevda;Sərt, fəqət pək boğuq səsiylə ona:– Durna! – Qız diksinib, həzin, süzgünBaxıyor, qarşısında san düşkün,Pək və şaşqın, yazıq ata, duruyor.– Yenə gəldinmi? – Of, – deyib soruyor.– Bu qədər qayğı, bunca işgəncəSanıyorsan ki, azmı bir gəncə?Məni, onsuz düşüncələr bürümüş;Fikrimi onsuz da qayğılar yormuş.Mənə onsuz bu eşq tüğyaniVeriyor bir əzabi-ruhani.Yaxıyor qəlbimi bu eşqin ya,Ox, zavallı, aman, zavallı ata!– Durna! Sus! Sus! Nədən bu danladığın?Bilirəm, yox ki, eşqi anladığın,Bilirəm sən nədən bu cür dalğın,Bilirəm, ax, bu sevgi pək şaşqın.Haqlısan sözlərində, pək haqlı,Duyğum üstün ki, susdurub ağlı.Durna! Duyğum Xəzər kimi daşqın;Nə edim? Əmr edir bu cür şaşqın.Yox, bu şaşqın deyil, deyil, əsla!Məndə bu sevgi doğru bir sevda.Kim olursan sən, ol da, yox xəbərim,Mən fəqət bu gözəlliyi sevərim.Bu gözəllik, bu incəlik, bu, əvət,Aldığın bu ilahi vəziyyət,Mən deyil, hər kəs olsa bənd eləyər,Atan hərgah peyğəmbər olsa, sevər.Baxıyor qızcığaz inildəyərək,Ata həm ağlayır sözün deyərək:– Sən nəsən? Çünki bir sevilməli gül.Ağlayırsanmı? Durna, sus! Gül, gül!Ağlamaqdansa, al məni öldür.Gül, bu məcnun ürəyimi güldür!Səni ağlar görəndə handa mənim!Çatlayır, partlayır bütün bədənim.Durna! Səndən çocuq kimi dilərəm:Ağlama, yoxsa indicə ölərəm.Gülüyor qızcığaz heç istəmədən:– Ata, ah, söylə, söylə, nədənBöylə şaşqın bir eşqə verdin dil,Nə deyər tanrı, ya nə söylər el?Vurdu meh, keçdi bir ilıq ruzgar,Güldü san incə bir gülüşlə bahar.Gəldi bir an tərənnümə güllər,Yenə susdu əvvəlki tək yellər.Yenə ölgün sükuta batdı açun,Qantemir indi büsbütün məcnun.Çal bığlarla örtülən ağzıHər sözündən sonra köpüklənərək,San ürəkdən tutub çəkir sözünü.Sözü gah yüksəlib də, gah enərək,Söyləyir: – Durna! Anlamam səni mən,Bu qədər qorxu, ya sıxıntı nədən?Mən özüm indi kimsəni tanımam,Kim nə istər desin, mən aldanmam.Mənə indi mələk və ya insan,El, peyğəmbər, kitab, din, Quran,Məmləkət, hökmdarlıq, xanlıq,Qüssə, qayğı və ya firavanlıq,Hamı bir heç, hamı mənə röya!Bircə sən, sən, aman, aman, Durna!..O baxışlar ki, sevgi tək qəmgin,O yanaqlar ki, gül kimi rəngin,O dodaqlar ki, ağlayır gülərək,Gülüyor sanki dərdimi bilərək,Ax, o kirpik ki, indicə qurumuş,O qızıl saç ki, boynunu bürümüş,Ax, o gözlər ki, andırır xülya,Çırpınır varlığında bir sevda,Bu gözəllik, bu incəlik, bu gülüş,Bu xəyali, ilahi bir görünüşMən deyil, Tanrıya vurar düzgü.Bax, özün Durna, bax, aman, güzgüYox ki... yar qəlbimi var onda hamı.Canlı bir Durna, yox ki, tək rəsmi.Bu gözəllik ki, səndə var, Durna,Tanrı, sevsəm, yəqin darılmaz ona.Haqsızam sevməyə gözəlliyi mən?Kəndisi Məryəmə vuruldu nədən?Sevdi kəndi yaratdığın kəndi,Mən sevərsəm, mənə nə der indi?!Istəyirsə ki, sevməyim səni mən.Səni böylə gözəl yaratdı nədən?
12
Qantemir məmləkətdə bir dahi,Əski qalxan-qılıncın Allahı.Qantemir qəhrəmanlar öldürmüş,Diriliklər qılıncı soldurmuş,Ona tabe alovlu bir ölkə,Indi durmuş nasıl ki, bir kölgə;Heç duyulmaz ki, işləyir nəfəsi;Arabir inləyir qırıntı səsi:– Durna! Yavrum, darılma, olma məlul.Sevmə bir başqasın, aman, mənim ol!Varlığın çeynər odlu bir qayğu,Ata bəklər maraqla qaytarğu.Indi sahildə səs-səmir əslaEşidilməz, açun yatıb guya,Tərpənişsiz bütün hava durmuş,Batqıya doğru bir az yürümüş.Seçilir göydə güclə ulduzlar,Uyumuş həp dəminki gənc qızlarDinməz öz boynunu əyib güllər,Sanki bir şey maraqla pək dinlər.Bu sükutu yarar fəqət arabirIlbiz oymaqları yaşıl təpələr;Öndə parlaq sularda incə, xəfifBir şırıltıyla oynaşan ləpələr.Baxıyor Durna, sanki bir heykəl,Çeynəyir varlığın dəmir bir əl.Baxıyor kainata hiddətlə,Qocanı, həm kəmali-diqqətləSüzüyor, kəndi bilmədən səbəbin;Yenə dalğın, haman yenə dalğın...Qantemir indi canlı bir heycan,Ildırım, od, alovlu bir vulkan.Inləyir tapdağında guya yer,Parlayır gözlərində şimşəklər.Bu gözəllik sinirlərin yaxıyor;Sanki ac qurd şikar üçün baxıyor.Baxıyor Durnanın bu heyətinə,Mütərəddid gözəl qiyafətinə,Söyləyir: – Durna! Nazlı yavrum, bax,Məni məhv etmə, bu sükuta burax!Mən həyatımda dürlü gün gördüm,Əymədim baş açunda bir nəfərə,Bir nəfər yox, bütün bəni-bəşərə.Oda girdim, ölümlə çarpışdım.Içmədim su, həmişə qan içdimMəni gördükdə handa bir əsgər,Qəhrəmanlar, igid-igid ərlərTitrəyirlərdi sanki bir yarpaq,Oynaşım qan, dəmir, çəlik, mızraq!..Ixtiyarəm deyib də, aldanma.Hələ pək güclüyəm, inan, Durna!Mənə odlar, sular, biyabanlar,Vəhşilər, arslanlar, insanlar –Həpsi bir heç! Önümdə bir kölgə...Bax özün, iştə odlu bir ölkə,Bir böyük kütlənin həyatı bütünBir oyuncaq kimi əlimdə zəbunIstəsəm, həpsini əzib, didərəm,Tapdaram həp həyatı məhv edərəm.Tikərəm bir hasar bu ləşlərdən,Yaparam bir minarə başlardan.Orda bir şən çiçəkli bağ salaram.Həp bu qanlarla torpağın sularam.Mənə dünyada qarşı qüvvət yox,Istəyim verməyən şəriət yox.“Istəyin yapma!” söyləyən bir dinMənə lazım deyil də, məhv olsun...Ulu tanrım, bu süngü, bu qalxanTürk üçün həp budur böyük yaradan.Çünki varkən əlimdə bu mizraq,Nə dilərsəm, o mütləqa olacaq!Nə ararsam əlimdədir, taparam,Hökmranam, nə istəsəm yaparam!Bircə sən... ox, zavallı yavrum, sən,Sən böyüksən və güclüsən məndən!Eşqi yıxmaq ki, qeyri-mümkündür,O ki, hər hökmdarə üstündür.Hər kim olsan da tapdaram, ayamam,Bircə ancaq bu eşqi zorlayamam,Çünki sənsən mənim də bir əməlim,Dön, gözəl yavru, tanrım ol da mənim!Diləyin varsa, söylə, rədd etməm,Sənə qarşı, satqın, güc işlətməmAl, ölümlər saçan bu mızraqlar,Bu geniş anlı-şanlı torpaqlar,Qüvvətim, dövlətim, yerim, yurdum,Təxtü tacım, mənliyim, bu qəddim,Sərt, bükülməz qolum önündə bükük;Bax, bu mızraq, bu mən götür əz, tök!Qüvvətim, varlığım, dəmirli əlim.Iştə bir eşq ilahəsinə təslim.Sən bu gün hökmdarsan, mən qul,Durna... yavrum! Fəqət... aman... mənim ol!Qantemir, Qantemir igid bir ər,O ki, yıxmış böyük vilayətlər;O ki, mehrabə, çox baş əyməzdi,Pürvüqar alnı möhrə dəyməzdi;Onu qorxutmayırdı atəşgah,Onu tapdarmayırdı bir Allah;O, əvət o, bax, iştə diz çökmüş,Tanrı bulmuş da, həp boyun əymiş.Əlli ildir bükülməyən dizlərBükülüb indi yaş çubuqlar tək.Ağlamaq bilməyən bu sərt gözlərAğlayır, ağlayır çocuqlar tək!Yenə ruhunda bir təkəbbür var,Onda guya dəniz, sular, dağlarSöyləyir: – Qantemir, utan, doğrul,Sən ki, ərdin, tapınma, qalx da, ər ol!Bu qədər yalvarış nədir bu qıza...Baxıyor Durna bu kədərli üzə,Çeynəyir ruhun odlu bir dəhşət,Gülüyor heyətində bir əzəmət;Inliyor gözlərində yorğunluq,Qaplamış kainatı susqunluq.
13
Göydə ay ağ buluddan ayrıldı,Qara varlıq ziyaya qərq oldu.Göylərin boşluğunda pək müdhiş,Sanki pək laübali bir sərxoşGəzərək kainatın hər yerini,Sərpərək öz ziyalı tellərini.Durnanın etdi üzcüyün tənvir.Gəl də, şair, bacarsan, et təsvir!Çalma, rəssam, fırçaya çəngə;Giriyor, bax, nəfəsdə yüz rəngə.Həp qızarmış bu gül yanaqlar, bax,Al dodaq, sanki indi qan axacaq.Qara qaşlar çatıldı quş qanadı,Qara gözlərdə titrəyir sevgi;Nəfəsin çəkdi bir tərəddüdlə,Sanki vardır pək incə bir diləyi.Istəyir söyləsin... yumruq ağzınPək zərif bir şaqaq tək açdı.Dinməyir... ağlayır... tərəddüd edir.Gül dodaqdan, bax, iştə qan açdı.Susdu, guya ki, pək ağırdı sözü,Rəngi qaçdı, saraldı bət-bənizi.Istədi söyləsin, fəqət susdu.Küsdü, bilməm nədənsə, pək küsdü.Daldı bax, pək dərin xəyalə yenə,Düşüyor, kəsdirir o bilməm nə?Titrəyir, bax yenə qızardı üzü,Istəyir söyləsin dəminki sözü.Yenə susdu, baxışları süzülür,Daldı, bilməm nədənsə pək üzülür.Yenə küsdü, yaşardı həm də üzü,Baxıyor, sanki seyr edir dənizi.
14
Nədir, Allah, bu yavruda bu məlal!Bu tərəddüd, bu qəm, bu küskün hal!Aman Allah, nədir onun diləyi?Ilk baharın bu nazənin çiçəyiYenə susmuş neçin tərəddüd edir?Kim bilir, o, həp nələr düşünür?Atasın istəyirmi qandırsın?Sevdiyinmi bir az yubandırsın?Atasın “yox!” deyib, yox etsinmi?Demədən sevdiyilə getsinmi?Yoxsa, atsın bütün, bütün eşqin,Olaraq keçmişin pərişanı,Sevsin ancaq yazıq qoca atasın,Çəkərək bir əzabi-vicdani?Keçmişin, sevdiyin, özün, ürəyin,Gələcək günlərin, adın, diləyin.Həpsin, həpsin atıb, onu tutsun?Bilərək kəndisin fəda etsin,Duyğunu, ağlı, hissi dondursun,Bu yazıq aşiqin ovundursun?..Bu da pək güc, onun ümidləri bəs?Boğulur, san, yazıq çəkincə nəfəs.Hələ fikrində bir yığın heycan,Hələ qəlbində odlu bir vulkan.Hələ titrək dodaqlarında yaxar,Dünkü bir öpkünün bu gün yeri var.Həm də şahid bu ay, bu ulduzlar.Allah, Allah! O verdiyi sözlər...Bəs o? Bəs o? Onu unutdumu, dur,Seviyor, ox nasıl onu unudur?Səndə təsvirə güc bulunsaydı,Çöhrəsindən görərdiniz indiKi, bütün bunları xatırlayaraq,Keçirir bir rəsm kimi gözdən.Yeri gəldikcə inləyir, saralır,Bəllidir, həpsi, həpsi də üzdən;Qızarır həp, yenə dönüb ağarır,Hər nəfəs başqa bir qiyafət alır.Göylərin boşluğunda ay qoşuyor,Ağ buludlarla sanki oynaşıyor.Ta uzaqlarda parlayan sularıUfacıq bir qayıq yarıb üzüyor;Qızcığaz həp əvvəlki tək dalğın,Onu, guya, düşünmədən süzüyor.Bax, çatıldı yenə hilal qaşlar,Qəti bir halda gəldi, doğruldu,Sanki bulmuş kimi o, istədiyin,Sərt, çevik tərpənişlə döndü dedi:– Ata, artıq mənim deyilsən atam,Mən sənə, anladınmı, indi yadam.Mən Xəzər sahilində bir durna,Sən də bir ovçu kimi vuruldun ona.Yetər artıq, üzülmə, ağlama, gül!Al, sənin indi sevdiyin bir gül,Çeynə, did, parçala, gəmir, məhv et!Nə bilirsən də et, muradına yet!Qoy eşitsin bütün cahan, bilsin!Həpsi dildən-dilə deyib gülsünKi, rəzil bir ata, rəzil bir qızYaşayıb öldülər də ismətsiz.– Durna! Yavrum, bu halətin dəhşət,Haqsızam mən, fəqət düşün, əfv et!– Keçmiş artıq, nə olsa, qoy olsun,Sənə həp son məzarım eşq olsun!Qoy desinlər, yalandır, aldanmam,Dinlə, zövcüm, mənim dünənki atam!Qoy desinlər: o bir rəzil qocadır;Məncə eşqin sənin fəqət ucadır.Sən özün heç, sözün də biməna,Eşqin ancaq böyük, vuruldum ona...Söyləyir Durna bilmədən özünü,Söyləyir kəlmə-kəlmə hər sözünü...Işlədikcə çapıq-çapıq nəfəsi,Eşidildikcə incə, dadlı səsi,Zənn edirsən ki, incə bir dilbərSararaq bir kəmanı əllərini,Başdakı sevginin xəyaliləInlədir aşiqanə tellərini.Söyləyir Durna – Qantemir, dinlə!Yaşamaq istəyirmisən mənlə!Seviyorsun yəqin ki, var xəbərim,Verərəm söz ki, mən də həp sevərəm.Sənin olsun ki, varlığım, ürəyim,Var fəqət səndən incə bir diləyim:Doğrudan sən məni sevirsənsə,Yapacaqsan nə sevdiyin diləsə.Görüyorsunuzmu, bax, bu ağ dənizi,Şüşə tək parlayır nasıl da üzü,Mənə təkdir bu göy sularda bir ev,Qaldır əvvəl bu yüksəyə, sonra sev.Istəyirsənmi boynunu qucayım,Mənə imkan ver, ilk əvvəl uçayım,Uçayım pək uzaq bu yerlərdən,Uçayım pək uzaq bəşərlərdən...Burda qalsam, mənim üzüm gülməz.Məni bir kimsə anlamaz, bilməz;Gələr hər kəs dilində yəzdani,Anlamaz kimsə zövqi-ruhani.Öylə olsun evim uca və böyük,Övzülün Kaspi öpsün, üstün göy.Bu bina sevgililərlə qoy dolsun,Dörd yanım, həp mühitim eşq olsun;Mənzilim olsun eşqlər yuvası,Adı olsun sevimli Qız qalası.Durma, get, haydı, çırpınır ürəyim;Get, fəqət bulmalı yerin diləyim.Ondan əvvəl mənə görünmə, saqın.Qantemir açmadan dilin, dodağın.Sanki gənc çağların bu gün yaşıyor,Sərt addımlarla həp uzaqlaşıyor,Yenə dik gözlərində bir şiddət,Yenə fikrində bir yığın dəhşət.
15
Yel bir az da sərinləşib əsiyor,Baxışı sərt işıqla Ay kəsiyor,Mey vurunca xəfif-xəfif yellər,Qız daha müztərib durur, inlər.Sahilə bir ufaq qayıq yanaşır,Süslü bir gənc onun içindən aşır.Durnaya doğru durmadan qoşaraq,Ona doğru haman yaxınlaşaraq,Söyləyir: – Pək gecikmişəm, Durna!Ağlayırsan, aman, darıldın ona!Bilmədim, sevdiyim, bağışla məni...Durnanın titrəyib bütün bədəni,Baxıyor pək sürəkli, pək sakit:– Son, bütün son, səfalı günlərə son!Son, bütün keçmişə, keçənlərə son!Məni bundan sonra düşünmə...– Aman!– Bilirəm pək bəlalıdır hicran,Duyğusuz, uyğusuz yetim gecələr,Süslü dünya cəhənnəm olsa əgər,Yenə qarşımda başqa yox tədbir,Iki yol var, fəqət, nəhayət bil,Həp ölümdür, ölüm, ölümdür, ölüm!Iştə, yavrum, bu son səfalı yolum...Məni səndən ayırdı bir tufan,Çarə yox, böylə istəmiş yaradan...Durna bir gül ki, açmadan soldu;O səninçin həmişəlik öldü.Eşq üçün ayrılıq gözəl bir yol,Get, gülüm, get, fəqət üzülmə, ər ol!Baxaraq bir də son nəfəsdə ona,Evə doğru uzaqlaşır Durna.Yenə ağlar gözündə bir sevda,Yenə dalğın üzündə bir xülya.
16
Ay dolanmış da, həftələr ötmüş,Suda pək süslü bir bina bitmiş.Qucuyor övzülün dəniz, quru yer,Öpüyor yüksək alnını göylər.Üstü görsənməyir dumanlarda,Sanki itmişdir asimanlarda;Ilk gülən, son ölən şüası bütünHəp onundur doğan, batan günəşin.O gözəldir, o bir gəlin kimi şən,Baxıyor bir vüqar ilə gendən.Qarşıda daxmalar hörümlü, açıq,Komalar həp qırıq, tökük, dağınıq;Çevrəsində nə varsa, həp əski,Bir rəqib axtarır da, bulmaz ki.Suda öz kölgəsin görüncə gülər,Öz şubay görkəmilə fəxr eylər.Sanki bir güzgüdə boyun dümdüzGörərək, çevrilir gülər bir qız.Birləşib pək uzaq dənizlərlə,Baxıyor sahilə gülümsəyərək,Eşqə vurğun kədərli gözlərləSanki öz saçlarilə fəxr edərək.Iştə son zirvəsində göylərdəDuruyor, pək uzaq bəşərlər ona;Duruyor sanki bir sular pərisi,Duruyor bir vüqar ilə Durna.Baxıyor sanki bir mələk göydən,Bir mələk görkəmində gerçəkdən.Saçları arxaya səpinmiş açıq,Baxıyor sanki fikri pək dağınıq.Baxıyor, san, gözəllərin şahı,Baxıyor, san, gözəllik Allahı.Baxıyor sanki göydə bir ulduz,Baxıyor bir xəyali dilbər qız...Tac taxınmış çiçəkdən, otlardan,Sanki doğmuş bu, ağ buludlardan.Onu guya ki, bəsləmiş göylər,Bir çiçəkdir, toxunsalar, tökülər.Onu guya ki, şeirdən hörmüşBir çəmənzar içində bülbüllər.Onu guya ki, nəğmədən toxumuşNazlı bir qız, ziyalı bir dilbər.Onu guya ki, süsləmiş, bəzəmişGöylərin incə mənəviyyatı.Onu guya ki, sevgidən yaradıbIlk baharın gülümsəyən səhəri.Onu guya ki, bilmədən doğurubGülüşündən görünməyən Tanrı.Yox, burax, tanrı-manrı bilməm mənO, qadındır, gözəldir hər şeydən.Sadə bir qız, sevimli bir dilbər;Ona tapqın dəniz, hava, quru, yer.Nədir əyləndirən həyatı, pəki?Bir gözəllik deyilsə bilməm ki,Həp yarınçın sürüklənirkən sən,Umduğun şey nədir yarınlardan!Gələcəkçin nədir bu qayğı, bu hal?Həp gözəllik deyilmi bir ideal?Iştə hər kəscə etiraf edilirKi, qadın canlı bir gözəllikdir.Həp təbiət edir pərəstiş ona,Hamısından gözəl, fəqət, Durna.Həp çiçəklər onun gülüşləridir,Həp çəmənlər onunla süslənilir,Boş fəzalarda seyr edib uçuşanBu mələklər xəyalı, kölgəsidir.Qəlblər, ruhlar, könüllər həp,Eşqə təslim olan bir ölkəsidir.Şairin, şerin həp ilahəsi o,Şeirlər, nəğmələr onundur hamı.Hər kəsin şərt-ilahi tapmasıdır.Əsil Allah bu, o biri yapmasıdır.
17
Üzüyor Qantemir düşündüyü bu,Inləyir sərt küləklərindən su.Bir qayıqla yaxınlaşıb yapıya,Bir buruq ip ilişdirib qapıya,Dırmanıb Qantemir, girir içəri.Dinmədən bircə-bircə pillələriÇıxıyor çox çapıq nəfəs çəkərək,Hər gördükdə bir azca əylənərək.Bir baxış... sanki seyr edir sularıYenə qalxır çapıq-çapıq yuxarı.Çal bığlar, çəkincə iç titrər,Enli alnından axmada tərlər.Qarışıq çöhrədə sevinc parlar;Parlayan gözlərində eşq oynar.
18
Əmrinə Durnanın boyun əyərək,Qantemir büsbütün əməl etmiş.Ikiillik əzabdan sonraSu içində bu dik bina bitmiş;Toplamış ölkəsində hər nə ki varBacarıqlı, dəyərli sənətkar.Hamısından da çox çalışmış özüEşqə təslim üçün coşan dənizi.Can çürütmüş, əzaba qatlanmış,Hər daşın göy yaşıyla islatmış.Iki il cansıxan uzun gecələr...Bir cəhənnəm otaq, yataq, hər yer.Iki il ayrılıqda çırpınaraq,Bəkləmişdir bu son günü naçar.Iştə son gün ki, bu bina bitmiş,Yenə axşam mayis... sevimli bahar.Əyərək Durna həp qəzayə boyun,Gecələr, uyğusuz, gündüz tutqun,Gözü ağlar nasıl ki, yazda bulud,Bağçalar həp gözündə bir tabut;Bir məzarlıq gözündə aləmlər,Yaşamış adətən cəhənnəmlər.İkiillik əzabdan sonraƏmrinin bitdiyin demişlər ona.Büsbütün əski xatiratə uyuq.Bu binaya bu gün çıxıb Durna,Baxıyor bir maraq ilə göydən,Baxıyor kainata yüksəkdən.Görüyor bir yığın ufaq komalar,Bəşərin ilk məzarı həp bunlar.Zəmilər, bağçalar ki, böylə geniş,Bir məzarlıq deyilsə, ya nə imiş?Həp bu insan nədir, tifil hərbi?Gəzişir bir yığın qarışqa kibi!Bunun ondan nə fərqi var, tək bir,İki, ya dörd ayaqlığındamıdır?Eşqlər, duyğular, düşüncə, bu qəm...Nədir, Allah, bu çarpaşıq aləm?Öylə açmış təsəvvüratı qanad,Oynayır sanki bir yüyənsiz at.Başqalaşmış gözündə həp dünya;Son dönüşdür bu, seyr edir guya.Görür insanların keçinməsini,Günəşin son şüası sönməsini.Hərəkətlər də sustlaşır artıq,Bir sükutə batıb gedir aralıq,Indi dammış sükunət hər yerdə,Eniyor kainata bir pərdə.Bir qaranlıq, ürək sıxan qaralıq,Daldı həp birdən uyquya varlıq.Yandı göylərdə göylərin çırağı,Indi ay doğdu, sanki qan çanağı.Durna artıq baxınmayır, dalmış.Bəkləməkdən vücudu sustalmış.Gözləyir göydə öz ərin – atasın,Ruhu dalğın, vücudu həp dalğın.
19
Qapını Qantemir açıb girdi,Durna diksindi, sıçrayıb durdu.Iki ildir görüşməmişlərdi,Hər baxış, san, bir incə xəncərdi...Qara gözlər dikildi Qantemirə,Sanki mızraq dayandı sərt dəmirə.Ilk əvvəl endi bir sürəkli sükut:Ata məhbut, qız da həp məhbut...Qantemir sonra, uslu, çox qorxaq,Cansıxan bir sükutə son qoyaraq:– Durna! Yavrum! Neçin donub qaldın?Pək üzüldün, neçinsə sustaldın!Durna durmuş bir incə sərtliklə,Dinməyir bir sükut içində hələ,– Nə gözəl bir qiyafət almışsan!Sən həqiqətdə pək gözəlmişsən!Ox! Bu paltar, yanılmayırsam əgər...– Anamındır, əvət, bu əlbəsələr;Doğrudur, Qantemir, xatırladığın.– Bu qiyafətlə kaş ki, bilsəydin,Nə qədər bənzəyirsən öz anana!– Bir zaman gənc ikən...Vuruldum ona...– Abşeron xanlığıyla çarpışdın...Bir təsadüf ki, sən əsir düşdün.– Demə, yavrum, yetər keçənlərdən...– Səni onlar da asmaq istərkən,Anam ancaq təsadüfən görmüş,Gecə gəlmiş...– Əvət, bəlalı bir iş– Uyuyurkən yanında bir cəllad,Səni dustaqdan eyləmiş azad.Xan qızıykən əsirə bağlanmış.Səni sevmiş, vəfalısan sanmış.– Onu mən son məzarədək sevdim.Onu hətta bu gün də... ah nə edim?Onu dünyaya bu gün dəyişməzkən...– Bircə sən, sən onun bərabərisən.– Izləyirkən sizi qızın atası,Söylə, batrıldı Abşeron adası...Qantemir xatirat içində hamanÇeynəyir sanki varlığın qaplan.– Durna! Yavrum! Burax, danışma daha!– Üzülürsən, neçinsə, ha-ha-ha!..Bax, bu süslər, bu gördüyün paltarHəp onundur, geyinmişəm nə ki, var.Qucacaqsan bu yadigarı... utan,Qantemir... iştə həpsi qandır, qan...– Durna... artıq bu sözlərin yersiz.Sən unutdunmu? Bağda verdin söz...Mən də, eşqim də suçluyuq bəlkə,– Andı qırmaq yaqışmayır türkə,“Olacaqdır?” – dedim, dedin: “Olacaq!”Mən bu dəryanı zorla susladaraq;Vermişəm bu binaya varsa nəyim,Hökmdarkən önündə indi nəyim?Məni heç bir səbəb utandıramaz,Eşqdən aşiqi usandıramaz.Hər şeyin varsa bir nizamı bu gün,Eşq üçün yox cahanda bir qanun.Qoy dağılsın bu varlıq övzüldən,Qalmasın bir iz ölkədən, eldən!Qaplasın qoy cahanı bir matəm,Göz yaşında boğulsun həp aləm!Qoy cahan dövrü saxlanıb dönsün!Yanmasın göydə bir ziya, sönsün!Bitməsin bir göyərti bir yerdə,Gülməsin bir çiçək çəmənlərdə!Ildırımlar vurub da, od, yansın.Yerə ensin nə varsa – ulduz, gün!..Yerə qiyamət kəsilsin istər yer!Həp bu varlıq sükuta qoy dalsın,Dirilik məhv olub da sarsılsın!Qaplasın kainatı bir qaralıq,Bir xəyal olsun iştə həp varlıq!Ölüm açsın həyata qarşı yürüş,Ulasın hər tərəfdə bir bayquş!Qoy cahan bir məzara çevrilsin,Bəşəriyyət həyatı son bulsun!Yenə ruhum qımıldamaz əsla!Yenə eşqimdə sabitəm, Durna!..Mən bu gün bir yabançı, sən bir qız,Iştə son gün, xatırla, verdin söz.Intixab et, önündə var iki yol:Ya bu gün öl və ya ki, təslim ol!– Andı qırmaq yaqışmayır türkə,Kim bilir, mən alışqanam bəlkə.Ona söz verdim öncə, son döndüm,Eşqə yandım, sonunda həp söndüm.Sənin eşqində bir zaman varkən,İncə bir duyğu, incə bir məna.Qantemir, indi sən nəsən, nəçisən?Adi bir ər, qadınçı bir sima.İkiillik öz iztirabımdan,Anladım mən nədir dəyərli həyat.Zövq alırkən bu göz yaşından mən,Sən... nədir eşq, duymadın heyhat!Boyun əymək bir ehtirasa fəqət,Kiçikləşmək deyilmi, təsdiq et!Bir zaman başqa bir ifadə ikən,Indi, sən... bax, bu daş, bu torpaqsan.Mən sənin eşqinin əsiriydim.“Səni sevdim!” xatırla, mən demədim.Doğru bir sevgi, bir gözəl sevda,O, edilməz bir ehtirasa fəda.Həp bu təhdid üçün səbəb nə imiş?Eşqə qarşı ölüm böyükmü bir iş!Mən sevirkən bir özgəsin gəldim,Yeni bir eşqə bağlanıb, öldüm;Mən yanıldımsa, fərq yox, hamı bir,Sən yaratdın, yaşatdın, həp öldür.İki şey səndə çırpınıb duruyor:Biri eşqindir, o biri nəfsindir.Ya tapın eşqə, yüksəlib mənim ol,Mənsiz ol, ya da nəfsə təslim ol!Məni əfsanələrlə doldurmaq,Bir taqım boş xəyala uydurmaqBəlkə mümkün, fəqət nəhayətsizDolaşıb, bir nəticə bəkləməməkHeç də mümkün deyil; fəqət xoşdurHər əzabın soniylə əylənmək.Ayrılıq, ağlamaq gözəldir, əvət,Bir vüsalın ümidi olsa fəqət.Həm də varlıq önümdə titrərkən.Bu cəsarətlə çox keçinməzsən.İki il bəklədim ki, son bir gün...Həp bu gündür, əvət bu qanlı düyün.– Qanlı, qansız əlimdəsən artıq;Ya mənimsən, və ya ki, yoxsan, yox!Qantemir gözlərində qan əsəri,Yürümək istəyirdi həp iləri;Durna ilk addımın onun görcək,Baxdı bir kainata pək ürək,Sanki bir quş gələn görüb qaçacaq,Sanki bir durna indicə uçacaq.Yapının son kənarına çıxdı,Bir də həsrətlə aləmə baxdı.Gördü əvvəl bulunduğu bağca,Yenə bir can sevən işıqlı gecə.Baxıyor Durna göy geyimli düzə,Baxıyor ta uzaq-uzaq dənizə;Düşüyor könlünə keçən işlər,Ax, sevimli, səfalı keçmişlər...Gecə, göy bağçalar, yaşıl bağlar,Sevdiyin bəkləyib duran çağlar,Xatırından keçir çocuqluğu həp,Anası, keçmiş evləri, məktəb.Gəliyor fikrinə haman o gecə,Həp nasıl da dayandığı ağaca.Atası, ah, haman gecə atası,Yada düşdükcə çırpınır nəfəsi.İki il sonra sürdüyü dəmlər,Qayğılar, duyğular, ağır qəmlərQarşısından birər keçir bunlar,Gözü yox, ruhu büsbütün ağlar.Düşünüb inadı həp bir sözlə,Büsbütün məhv edib ata diləyin.Xatırat, ox... Aman, aman, dəhşət!Xatırat, ox... yaxıb tökür ürəyin.Yenə ay göydə durmada sabit...Yenə əvvəlki tək dəniz sakit.Yenə də bir ufaq qayıq üzüyor,Baxıyor, sanki son dönüş süzüyor,Büsbütün, büsbütün unutmuş özün,Baxıyor kainata pək dalğın.Duraraq parlaq ayla üzbəüzə,Baxıyor parlayan açıq dənizə.Uyuyor, qarşısında bir uçurum,Ah, bu parlaq suda nə dadlı ölüm!...O zamandan ki, sevdiyin qovmuş,O da kəndin bu Kaspidə boğmuş.Neçin, Allah, neçin? Səbəb o... əvət!Ah... nasıl qıydı da ona, dedi: “get!”Neçin əhd etdi, bəs neçin qırdı,Sevdiyin başqasıyçın öldürdü?O, həyatın bir eşq üçün verdi;O, igid, həm vəfalı bir ərdi.Ondan ayrı dayanmayıb getdi;Getdi, həp kainatı tərk etdi.Qantemir atmaq istəyirdi qədəm,Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm,Eşq üçün ayrılıq, ölüm bir gün,Məncə, ən dadlı bir xəyali düyün.Bizə bir gün düyün yapar sondaAna Quzğun səfalı qoynunda.Ah, uçun! Ah, əzablar yuvası...Ah, bağışla, sevimli Qız qalası! –Deyərək, saçla örtüyor üzünü,Parlayan Kaspiyə atır özünü...Geyimin oxşadıqca yel guya,Axıyor göydə canlı bir xülya.Uçuyor həp, nasıl da söyləməli,Sanki bir şairin uçan əməli.Axıyor sanki pənbə bir röyaBir mələk, ya ki, canlı bir sevdaAxıyor sanki bir axan ulduz.Bu uçan Durnadır, əvət, yalnız.Sanki göydən yerə xəyal uçuyor,Onu Quzğun dayanmadan qucuyor.
20
Yenə ay öz işıqların səpələr,Yenə oynar dənizdə ağ ləpələr.Yenə əvvəlki tək yerində qala;Bircə kim yox! Aman, yazıq Durna!
21
Daim ondan sonra bu ev məhzun,Indi ondan bu evciyəz küskün.Dörd yanından onun sular qurumuş,Yüksək evlər bütün onu bürümüş.Dövrəsindən gurultular soyumaz,O fəqət bunlara məhəl qoymaz.Ta o çağdan o kəndi DurnacığınDüşünüb durmada bu cür dalğın.Ta o çağdan özün unutmuş o,Başqalarçın çəkir fəqət qayğu.Ta o çağdan o, bir peyğəmbərtəkBəşərin halına yanıb acıyor.Zirvəsində fənər, uçanlar üçünOdlu bir ölkənin yolun açıyor.
1
Словно тайны гнездо, над КузгуномНаклонясь у прибрежной косы,Предается в унынии думамМолчаливая «Кыз-Каласы».
И пресыщена жизнью и скорбью,Как невеста далеких времен,Ныне, плечи гранитные горбя,Нашу жизнь озирает сквозь сон.
В брызгах солнца сверкают строенья,Все блестит в золотистой пыли.Позади — голоса обновленья,Впереди же скользят корабли.
Над открытыми вновь буровымиНефтяной поднимается чад.Сотни тысяч рабочих над ними!День и ночь молотками стучат.
Там, где бухта идет полукругом,По ночам на толпу набредешь.Это — девушки, дочери юга,Это — жаркая кровь, молодёжь.
Смех и шёпот в дыхании мая,И любой устремляется вслед,И, цветок городской обнимая,Обнимаем бывает в ответ.
Всех живое веселье связало,Всюду новая песня звенит.И вздымаются волны Хазара,Омывая прибрежный гранит.
Но лазурный Хазар — не участникНа торжественном этом пиру.Современник столетий ненастных,Он грустит и шумит не к добру.
Вспоминает ли роскошь эльханов,Иль скорбит о забвенье волна,Как узнать? Речь седых великановНашей жизни кипящей темна.
И страданье и радость проходят,А минувшее скрыто от нас,И, однако, порою в народеПриходилось мне слышать рассказ,
Что в былом охранял неустанноДочь-красавицу дряхлый наш хан.Что наследник враждебного ханаБыл к ней страстью слепой обуян.
А старик, негодуя и споря,И стремясь заградить к ней пути,В синих водах Хазарского моряЭту башню велел возвести.
Окружив неподкупною стражей,Заточил он невесту туда,От ашика и жадности вражьейДочь прекрасную скрыв навсегда.
Всем известно предание этоНо однажды согбенный бедняк,Овладевший искусством поэта,Эту повесть мне передал так:
2
Майской ночью, в мерцании лунном,Лет шестьсот или больше назад,Был ласкаем лазурпым КузгуномУ сераля задумчивый сад.
На высокую кровлю сераля,Вся в сиянье, глядела луна,Желтоватые звёзды дрожали,И сверкала морская волна.
Отражаются в скалах у краяМоря блеск и мерцанье луны.Ридом девушки, в прятки играя,Безотчётным весельем полны.
Чуть скользят эти лёгкие пери,И любовью их взгляд напоён,И глядят они, взорам не веря,Словно видят пленительный сон.
Этой тихой и ласковой ночьюВ том саду, где растенья сплелись,Устремив в отдаление очи,Прислонилась к орешнику кыз.
Смотрит вдаль она с тайным вопросом,А луна продолжает свой путьИ ласкает развитые косыИ её серебристую грудь.
Тёплый ветер ей волосы гладит,И стенает волшебный кяман,И гишерные чёрные прядиОплетают ей шею и стан.
Но в тоске, ничему не внимая,Словно жаждет нездешнего мая,Всё глядит она перед собой,И томится по жизни иной.
И на ствол опираясь древесный,То дрожит, то вздыхает она,То эфир озирает небесный,Молчалива, грустна и томна.Веки тонкие полусмежает;Губы алые дёргает дрожь...Улыбается? Плачет?— Кто знает!Шепчет? Стонет она?— Не поймёшь.
Очи — уголь... Подъемля их снова,Что вдали она видит тогда,Молодое светило былого,Порождённая солнцем звезда.
...Встало облако с месяцем рядом,В дымке моря мелькает каик.Легкий ветер играет нарядомИ к кудрям её нежно приник...3
Есть величья на нем отпечаток,Хоть морщинисты выступы скул,И, в бровях исчезая косматых,Нежный пламень очей потонул.
Он к фонтану идёт из сераля,Где мечтает найти свою дочь,И вздыхает, сады озирая,И стенает, и слушает ночь.
И склонив свою голову набок,Продолжает он путь свой опять,Чтоб во взорах горячих и слабыхДочь могла о любви прочитать.
Но, увы, не отцовской любовьюЛюбит дочь свою хан Кантемир,И цветок этот с пламенной кровьюСтарику, как влюблённому, мил.
Он спешит, на себя негодуя,Хоть от страсти почти бездыхан...Скажут люди, что дочь молодуюПогубил ради прихоти хан.
И, в потомстве его обесславя,Презирать его станет народИ, страшась его мщения въяве,Поносить его втайне начнёт.
Но хотя шариата страшитсяИ аллаха могучего кар,Пусть и власти, и чести лишится,Лишь бы в сердце угаснул пожар.
И не хочет идти, и страдает,Но идёт он вперёд и вперёд...Не идти бы — но сердце толкает!Не любить бы — желанье влечёт!
...Сходит в сад Кантемир по ступеням...Отошли опасения прочь.Ближе, ближе,— и лёгким виденьемВозникает пред ним его дочь...5...Как над бедной голубкою кречет,Кантемир над прекрасной кружит,И глаза его молнии мечут,И земля под ногою дрожит.
Как голодного волка — добыча,Эта прелесть безумца влечёт,И красавицы гордой величьеХану ближе, чем царский почёт.
— Своенравна ты, нежная пери,Но неужто погубишь отца?И победы я знал, и потери,И судьбу испытал до конца.
Я ещё никому не сдавался,Предо мной же склонялся весь мир.Бился с гибелью, в пламя кидался,Пил не воду, а кровь Кантемир.
Перед ханом аскеры бежали,Все удары мой меч отражал,И зарубку на чуждом кинжалеНе однажды мой делал кинжал.
И не думай, что горькие годыКантемира согнули, Дурна!Я прошёл и пустыни, и воды,И рука Кантемира верна.
Погляди: разве пламенным краемНе владею, как признанный царь?Разве мощный народ не караемКантемира рукою, как встарь?
Захочу — и заставлю народыРади грёзы пустой умереть,И воздвигну из трупов я своды,Черепа вознеся, как мечеть.
Захочу — человеческой кровьюБудет раб орошать этот сад...Я сковал племена и сословья,И покорен мне сам шариат!
Мне, как тюрку, завещан от предкаОстрый меч мой — наследство моё,И всегда я добьюсь, если меткоИ стремительно это копьё.
Лишь тебе, о Дурна дорогая.Я и трон свой, и меч свой отдам,Потому что любовь, убегая,Не подвластна надменным царям.
Это тело могу растоптать я,Но на страсть не наложишь запрет.И дороже мне эти объятья,Чем мечети родной минарет.
Одолей же скорее сомненья,Все желанья исполню твои,И не бойся: путём принужденьяДобиваться не стану любви.
Весь мой край с берегами морскимиИ покорными хану людьми,И престол мой, и древнее имя,Как подарок любовный, прими!
Пожелав стать богиней моею,Не отвергни могучей рукиИ оружья, которое еюЯ могу разломать на куски.
Непомерны и гордость, и слава,И прекрасны владенья мои,Но великое знамя исламаОтдаю я богине любви.
Ты владычица хану отныне,Я — слуга, что любовью томим...Снизойди же, как с неба святыня,И отдайся желаньям моим! —
И седой Кантемир, разрушавшийВилайеты надменным мечомИ к михрабу главы не склонявшийИ печати не трогавший лбом,
Он, кого даже огненных капищНе страшили круженье и вой,(Неужели поверить заставишь?)Он склонился к земле головой.
Увлажнилась слезами впервыеЖелтизна его строгих зрачков,И согнулись колени тугие,Словно пара сырых чубуков.
Но Кузгун и высокие кряжиГоворят его сердцу:— Стыдись!Ты мужчиною должен быть дажеПеред этой прекрасною кыз. —
А Дурны искажается облик,Словно к ней приближается враг,И готовый исторгнуться в вопляхНа лице отражается страх.
6... Чем терзаем, томим и колеблемЭтот нежный весенний цветок?Отчего он склоняется стеблем?Не ответил бы даже пророк.
Кто понять бы её попытался?Что волнует высокую грудь?Умолять ли безумного старца,Или милого ей обмануть?
Что ей делать? С любимым ли скрыться,Иль навеки его позабыть,Перед ужасом древним смиритьсяИ несчастного хана любить?
Или новые вспомнить законы,Старику отказав наотрез?Иль нарушить обет, принесённыйПред лицом всемогущих небес?
Если тяжко объятиям чуждымОтдавать непорочную честь,То насколько мучительней чувствоСладострастию в жертву принесть!
И недаром в сердечной тревогеТот любовью исполненный взор,Ведь чужих поцелуев ожогиПламенеют на ней до сих пор!
Ведь любимому не возвратилоОбещания сердце Дурны,Ведь свидетели эти светилаТем обетам, что ею даны.
Если б знали её вы стремленья,То мгновенно б открылось для вас,Что минувшего счастья виденьяДочь владыки ласкает сейчас.
И порой отражается этоНа лице истомлённом её:То полно оно чувства и света,То впадает она в забытьё.
Облаков шаловливые тениПродолжают с луною играть,И белеет каик в отдаленье,Прорезая блестящую гладь.
За ладьёю, над водами свесясь,Наблюдает красавица вновь,И изогнута, как полумесяц,И нахмурена девичья бровь.
Но, проникнувшись твёрдым решеньем,Распрямилась Дурна наконец,Губы сжала и быстрым движеньемОбернулась: — Послушай, отец!
Нынче выскажу слово прямое.Оборвалось меж нами родство.Я — журавль Хазарского моря,Ты — стрелок, стерегущий его.
Не томись, надругайся скорееНадо мною, любви вопреки,И несчастной Дурне, не жалея,Оборви, Кантемир, лепестки!
Я противиться страсти не буду:Пусть узнает весь мир наконец,Что предался преступному блудуС низкой дочерью подлый отец...
— О, дитя, я неправ пред тобою,Чёрным призраком встав на пути.Но прошу: не печалься душоюИ меня, если можешь, прости! —
— Поздно, поздно! Что будет — то будет,И не вырвется жалобы звук.Пусть рассудят нас вечные судьи,Мой родитель... о нет, мой супруг!
И пускай заклеймят, презирая,Святотатственный этот союз,Но любовь покоряет такая,И навеки тебе предаюсь! —
И, сознанье утратить готова,Кыз впадает порой в забытьё,И отрывисто каждое слово.И растеряны чувства её.
И звучит её речь над Кузгуном,Словно гурия, скрипку схвативИ смычком ударяя по струнам,Исторгает любовный порыв.
Но заветную цель вспоминая:— Слушай, хан!— продолжает Дурна,—Мною хочешь владеть ты, я знаю,И тебе я останусь верна.
Буду нежить и в полдень, и в полночь,Сердце вечным огнём пламеня.Только- просьба! Её ты исполнишь;Если искренно любишь меня.
И богами и смертными всемиПроизносится имя Иездан,Но земли не помирится племяС нашей страстью божественной, хан!
Если хочешь, чтоб стала твоею,Чтоб исчезли морщины с чела,Чтоб раба твоя гордую шеюЭтой тонкой рукой обняла,
Если полон ко мне ты любовью,Подыми высоко от земли,Чтоб людская молва и злословьеОбнажить мой позор не могли,
Схорони за могучей оградойОт укоров тупой клеветы...Если здесь я останусь,— отрадойНе блеснут молодые черты.
Так исполни ж любимой желанье!Видишь этот залив впереди?Для возлюбленной гордое зданьеВ этих синих волнах возведи.
Пусть высокими будут те своды;Пусть им Каспий лобзает пяту.И гаремною стражею водыОхраняют пускай высоту;
Пусть возносятся стройною пальмойПрямо к звёздам чертоги мои;Пусть чудесный, воздушный сераль мойБудет вечным приютом любви.
Наконец, мой родитель вчерашний,Ныне муж,—несмотря ни на что—Пусть таинственной «Девичьей башней»Именуется здание то!
Уходи же скорей, мне всё горше,Всё томительней, сердце в огне...Возведи мне сераль... До тех пор же,Берегись, не являйся ко мне! —
Кантемир не промолвил ни слова.Будто юность вернулась к нему.Повелителен взорами снова,Он скрывается быстро во тьму.
И к черте побережья туманнойПристаёт одинокий каик,И стремится поспешно к желаннойМолодой и прекрасный ашик.
И, приблизившись к трепетной пери,Он склонился и шепчет:— Аман!Задержался в пути я, но верю,Что прощён будет верный джэван.
Но ломает красавица рукиИ качает в тоске головой:— Будь готов к бесконечной разлуке,Всё погибло, возлюбленный мой!
Нет спасения мне, кроме гроба...Пощади!—— Не щадит нас судьба...Два пути есть, но гибельны оба,И кончается смертью борьба.
Предстоят нам бессонные ночи,И унылые дни предстоят,И не может быть доли жесточе,И земля превращается в ад.
Нам дано было радостей мало,Разделил нас смертельный самум,И Дурна, не раскрывшись, увяла,А удел твой отныне угрюм.
Но надеюсь, не будет причинойСмерти воина эта беда...Не томись, не страдай, будь мужчиной,И забудь обо мне навсегда! —
И взглянув на прощание (гореОтразил этот мертвенный взгляд),Вся поникла и, шаг свой ускоря,Покидает красавица сад.
7
Дни за днями текли, многократноПолный круг совершила луна.Башня в море возникла. И статна,И подобна невесте она...
...На высокую кровлю впервыеПоднялась нынче утром Дурна,И глядит на просторы степныеС любопытством невольным она.
На курганы глядит она с башни,На могилы далёких времён...«Ну, а эти сады, эти пашни,Этот дол — не кладбище ли он?
Горожане и воины эти,Что мелькают внизу далеко,—Ведь одежды на них не приметя,С муравьями их спутать легко...
Думы, горе и страсть — только тени.И оставят ли в мире следы?»Мысли девы кружатся в смятеньеИ летят, словно конь без узды.
Вот столетия мчатся пред нею,Вот кончина вселенной пред ней,И последний закат, холодея,Освещает последних людей...
Но очнулась, глядит — всё уснуло,Небеса, и Хазар, и страна,И не слышно ни шума, ни гула,И морская не блещет волна.
Ночь, завесу держа наготове,Давит душу, бредёт по земле...Лишь луна — чаша, полная крови,—Ужасающе рдеет во мгле.
Неизбежность пред ней, как виденье,И бледны очертанья лица,И Дурна, в утомленье, в забвеньеОжидает супруга-отца.9
Распахнув в нетерпении двери,Хан на плоскую кровлю вбежал,Пошатнулась и вздрогнула пери,Каждый взгляд был, как острый кинжал.
Дочь вонзила зрачки в Кантемира,Словно копья в окованный щит…Но молчанье его истомило,И со страхом он ей говорит:
— На лице твоём нежном тревога...Как измучена ты и слаба!..— Но молчит она грустно и строго,Хоть свершается в сердце борьба.
— Ты прекрасней, чем мог пожелать я,Ты светило средь малых планет.Что за скромный наряд?.. Это платьеУзнаю... не ошибся я, нет) —
— Это матери платье покойной...Да, отец мой, догадка верна! —— В нём глядишь ты особенно стройной...Как на мать ты похожа, Дурна!—
— Ты был юн и прекрасен в то времяИ в неё без ума был влюблён,Но, восстав на враждебное племя,Был в сраженье разбит и пленён...
— Не тревожь, не касайся былого...— Угрожала несчастному казнь.Но к темнице глухой и суровойМать пришла, презирая боязнь,—
— Да, воистину всё это было...— Но уснул твой свирепый палач,И темницу она отворила,И на волю умчались вы вскачь
Хоть была она дочерью хана,Но тебя полюбила она,И была Кантемиру желанна,И была Кантемиру верна. —
— Я любил её больше вселенной,Как люблю и теперь... О, Дурна!Целый мир ей не будет заменой...Только ты, только ты ей равна! —
— Помнишь топот погони за вами?Помнишь воинов грозных мечи? —И, как тигром, терзаем словами,Кантемир умоляет: Молчи!
— Ты терзаешься? Право, не надо!Разве память — преграда для нас?Ведь священные эти нарядыРаздерёшь ты бесстыдно сейчас!
— Ныне просьбы, дитя, неуместны...Иль забыла о клятве в саду?Пусть такие желанья бесчестны,Но отсюда теперь не уйду!
Будь верна, как тюрчанка, обету.Я унизил свой сан пред тобой,Отдал всё на постройку я этуИ смирил непокорный прибой.
Что же вызовет стыд в Кантемире?Что погасит желанья мои?Хоть расчислено всё в этом мире,Но закона не дашь для любви.
Пусть, нежданною скорбью карая,Мир потопит слезами беда,И пускай от народа и краяНе останется здесь ни следа.
Пусть вращенье земли прекратится,И весь мир превратится в погост,Страшный суд пусть повсюду творится,И не станет ни солнца, ни звёзд.
Пусть цветы не смеются в долинахИ повсюду царит тишина,Пусть планета в пространствах пустынныхБудет адским огнём сожжена,
Пусть огонь разольётся по тверди,И вселенная станет мертва,И, пророча пришествие смерти,Завывает повсюду сова,—
Родом тюрок я, клятв не нарушу,Даже чувствуя вечную ночь,И ничем не принудишь ты душуНенасытную страсть превозмочь!
Не отец пред тобой... Эти годыОжидал я одной лишь зари.Выбирай! У тебя два исхода:Иль отдайся сейчас, иль умри!10— Обещание единоверцуЯ уже разорвала одно:Обманула я милого сердцу,И в душе охладелой темно...
Если некогда чувство большоеГордо правило сердцем твоим,То теперь, сластолюбец душою,Ты одним вожделеньем томим.
Я нашла наслажденье в страданьяхИ утончены чувства мои,Ты же — низменной похоти данникИ не знаешь высокой любви.
Как поддался ты власти разврата!Человек ты ещё или зверь?Ведь, возвышенным бывший когда-то,Ты бессмысленный камень теперь!
Хоть томим продолжительным пленом,Ты не слышал признаний Дурны.Не сдаются порывам мгновеннымТе, кто вечному чувству верны.
И не страшно мне грозное слово!Разве трудно угаснуть, любя?Сознаюсь: я любила другого,Но любить не могу я тебя.
Я при жизни ещё догорела,Согласясь быть навеки твоей!..Подарил ты мне душу и тело...Так возьми же назад и убей!
Два желанья в тебе шевелятся:То любовь и преступная страсть.Можешь таять, любить, возвышатьсяИль отдаться порыву и пасть! —
— Что мечтанья такого бесплодней?Убаюкивать сказкой меняТы умела, дитя... Но сегодняМоего не потушишь огня!
Нам отрадны и мука, и горе,И любовная злая тоска,Если свадьба готовится вскоре,Если встреча с любимой близка.
Но теперь над собой не позволюЯ насмешек надменных таких.Не затем изнывал я от боли,Чтобы вдруг упустить этот миг! —
— О презренный то миг! — Будь моею,Иль покинешь сейчас этот мир! —И, кровавым зрачком пламенея,Хочет двинуться к ней Кантемир.
И Дурна встрепенулась, как птица,Оглянулась пугливо кругом...Так и кажется: в небо умчится,Как журавль перед хитрым силком!
11
Вот она на краю парапетаИ глядит с сокрушением вниз.Видит сад, где давала обеты,Видит ночь животворную кыз.
Смотрит вновь на широкие воды,На равнины зелёные вдаль,Вспоминает минувшие годы,И любовь, и былую печаль.
Видит снова с томлением юнымНебеса в огоньках без числа,И сераль над сапфирным Кузгуном,Где любимого ночью ждала.
Вспоминает о матери старой,Детство, школу и сад наконец,Где она, обнимая чинару,Всё ждала, что ей скажет отец...
И заботы, и скорби былого,—Всё приходит на память опять,И года одиночества сноваЗаставляют её трепетать.
Не глаза — вся душа её плачет.Всё решило упрямство отца...О, пощады, пощады! Так, значит,Не могло быть иного конца?!
Месяц вновь в облаках неподвижен,Успокоилось море на миг.И у дальних задымленных хижинВновь плывёт одинокий каик.
И Дурна за блестящей волноюИ ладьёю в забвенье следит,И в лице, озарённом луною,Бесконечное горе сквозит.
С той поры, как в любви отказалаИ рассталась с любимым она,Смерть нашёл он в пучине Хазара...Но и ей эта смерть не страшна!
Он был верным и смелым мужчиной,Но она обманула его,Прогнала и явилась причинойСмерти воина... Ради кого?!
И, не выдержав муки жестокой,Не желая томиться вдали,Отдал жизнь за любовь, одинокий,И ушёл навсегда от земли!
Только шаг не пройден Кантемиром...— О, возлюбленный мой, подожди, —И потешит нас свадебным пиромМать-Кузгун на широкой груди!
Так прощай же, земля дорогая,И прощай, башня девичья, ты! —И, кудрями лицо закрывая,Кыз бросается вниз с высоты.
Лишь белеет во мраке одежда,Словно плавает в море мечта.Как певца молодого надежда,Погружается девушка та.
И как падший с небес астероид.Тонкий стан обнимает Хазар,И валы безмятежно покоятИ качают божественный дар.
И Кала нерушима, и в мореПри луне вновь играет волна,Но на «Девичью башню» —о, горе! —Никогда не вернётся Дурна.
И с тех пор облик башни печален,И руины задумчивы те.Отступила вода от развалин,И тоскуют они в забытье.
И с тех пор, озирая пространство,Лишь виденьям былого верны,Вспоминают умолкшее ханствоИ кончину прекрасной Дурны.
В дымке моря угрюмым пророкомЧёрный остов маячит, как встарь,И на темени башни высокомДля пилотов мерцает фонарь.
Конец.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-qiz-qalasi
More by this author
Vallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış
Poems by other poets
On il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MüsəllimSəni kişi bilib dərdimi dedim,Etmədin dərdimə çarə Müsəllim.