Ay Əbülhəsən…
Qar düşdü yerlərə, soyudu torpaq,Bayırda şaxtadır, ay Əbülhəsən!..Gedək canımızı qızdıraq bir az,Ta xaşın vaxtıdır, ay Əbülhəsən!..
Hər dəmin, məzənin var öz mənası,Onu başa düşməz hər nadan, naşı,Aslan dostumuzun yeməkxanası,Xaşın paytaxtıdır, ay Əbülhəsən!..
Bir vaxt küpə girib araq vuranlar,İndi yapışıblar hacdan, Qurandan.Mən elələrinə əsla inanmam,İçləri saxtadır, ay Əbülhəsən!
Bu gün dindən deyir dünənki dinsiz,Bu gün «mələk» olub dünənki iblis,Haqqı ortalığa gəlin qoyaq biz,Görən kim haqlıdır, ay Əbülhəsən!..
Simasız simalar nə qədər bolmuş,İnsanda əmmalar nə qədər bolmuş,Sirrlər, müəmmalar nə qədər bolmuş,Dünyanın axırıdır, ay Əbülhəsən!..
Çox-çox əqidələr dönüb, dəyişib,Sənsə bir amalda oldun həmişə,Bununçun deyirlər o əsl kişi,O əsl dağlıdır, ay Əbülhəsən!..
Gəzir qayalarda uşaqlığımız,Ordan əxz elədik bu saflığı biz,Bizim məsləkimiz, qardaşlığımız,Dağlara bağlıdır, ay Əbülhəsən!..
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-ay-ebulhesen
Use ← → keys to move, R for a random poem
More by this author
Zülmət çökdüGöylərimin asimanında,
Hamıya müştəridir…Gecə-gündüz qıcıyan üstümüzə,Azman əzrayılın dişləridir…
Hələ ki, sağam, gəl, gör məni…Sanki yer adamı deyiləm,Olsa da o mənim yurd-yuvam…
Fələk sayır, mən sayıram…Rəhmətlik anam həmişə dara düşəndə*deyərdi: - Sən saydığını say, gör fələk*