Son nəfəsdə-Cabir dedi,Özü getdi, sözü qaldı…Qəmli-qəmli gülümsədi,Gözlərimdə gözü qaldı…

Nə təhərsən-lap yaxşıyam,Yaxşı deyib can verirdi…Mənim ömrüm, mənim dünyam,Gülümsəyib can verirdi…

Bu mərdlikdi, gözəllikdi,Ölüm, həyat, hərbi idi…Bu, mənə bir təsəlliydi,Bu, mənə bir zərbə idi…

-Nə təhərsən, lap yaxşıyam,yaxşı deyib can verirdi.Mənim ömrüm, mənim dünyam,Gülümsəyib can verirdi…

-Nə təhərsən,-lap yaxşıyam,bu mənə bir ağrı oldu…gözlərimə baxa-baxa,milyon ilin nağılı oldu…

ömür dostu, ana, bacı,ən müqəddəs kəs itirdim…hər günümün ehtiyacı,bir müqəddəs səs itirdim…

-Cabir, Cabir,-gənc çağımdanO səs mənə həmdəm oldu…O səs mənim qulağımda,Ümid oldu, nəğmə oldu…

-Cabir, tək bir ürəyim var,Onu da ki, sənə verdim…

Cabir dedi hər qış, bahar,Cabir dedi hər ay, hər gün…

Sərt yollardan keçə-keçə,Həmdəm oldum o səs ilə.Səhər-axşam, gündüz-gecə,Yatıb durdum o səs ilə…

-Cabir, niyə bikef oldun,-Cabir, nə var, kiri, dayan…getdim, gəldim, yatdım, durdum,o səs gəldi zaman-zaman.

-Cabir,-neçin, gecikdin bəs,-Cabir, asta, hamı yatıb…Düz otuz il məni o səs,Hey çağırdı, harayladı…

Cabir dedi yata-yata,Cabir dedi dura-dura…-Cabir, Mirzə böyüyüb ta,Toy eləyək gərək ona…

Son anda da Cabir dedi,Özü getdi, səsi qaldı…Qəmli-qəmli gülümsədi,Gözlərimdə gözü qaldı…

Ürək buna necə dözər,Dərd gətirir dilə məni…Özü getdi,səsi isə,Hey çağırır elə məni…

Nə kəsilmək bilir o səs,Nə dayanmaq bilir o səs…Uyuyuram gəlir o səs,Ayılıram gəlir o səs…

-Cabir, Cabir sədaları,Elə daim içimdədir.Vurğuları, nidaları,Bir zəlzələ gücündədir.

Kövrəlirəm, sevinirəm,-Cabir, Cabir,-o səs axır…Mən o səsə yüyürürəm,Yüyürürəm yoxa çıxır…

-Cabir, Cabir,- sədaya bax,

Səhər-axşam, gündüz-gecə…O səs məni çağıracaq,Ta yanına gedənəcən…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets