Mənə görə…
Könül, düşmə təmənnaya,Həyat boşdu mənə görə…Uymaq bu fani dünyaya,Aldanışdı mənə görə…
Hər bir dərdə yanan mənəm,
Öz-özünü danan mənəm,Niyə doğdu anam məni,Oda düşdü mənə görə…
Gedəcəkdik, niyə gəldik,Yaranıb ölməyə gəldik?Ya yuxu görməyə gəldik,Yuxu puçdu mənə görə…
Boğuluram söz içimdə,Əriyirəm öz içimdə,Bəbəliyim göz açanda,Ağlamışdı mənə görə…
Ömrümüzdən ötən illər,Xəyal olub ötən illər,Yoxluqdan müjdə gətirən,Qaranquşdu mənə görə…
Hamımız beş günlük qonaq,Axırımız qara torpaq.Yaşamaqdan yaşamamaqDaha xoşdu mənə görə…
1995.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-mene-gore
Use ← → keys to move, R for a random poem
More by this author
Qənd axtarır, ət axtarır bu gün hamı,Mənsə çıraq axtarıram çıraq ilə…
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Nə böyük səadət varmış, dörd divar içində…Nə ki, gücüm vardı yığdım,Minlərlə lal-kar içindən…
Pulu olmayanı saymırlar, oğlumƏzizim Müşviqə.*Pulla qiymət verir hamı insana,
Poems by other poets
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Səfalan seyrəngahlı beynava ahuSəfalan seyrəngahlı beynava ahu,Sarf qayalar ovgahında durdunmu?
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm