Bənzərdi
Bayıhrkən gözlərindən, qaşından,Sevirkən onu pək gənc yaşından;Bənim çaldı ürəyimin başmdan,Bir yılan ki, göyərçinə bənzərdi!
İtirdim hədəfi, qırıldı yayım,Bu şikardan bənim yoxdur bir payım.Başqa Tanrı göstər, ona tapayım,Sənin eşqin, çünki dinə bənzərdi!
Keçirdim dərd ilə çox qışı, yazı,Həsrətlə bəklərkən o sərvinazı!Uzatdı əlimə qırılmış sazı,Çaldım... nəğməm bir ölümə bənzərdi.
Hörürdüm saçını bir qəzəl kimi,Çıxırdın qarşıma bir gözəl kimi!Əski şair yazmış bir məsəl kimiBaxışların bir şahinə bənzərdi.
Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan?Həqiqətmi parlar, yoxsa röyasan?Saçında çiçəklər, sən Ofelyasan!Onun saçı, səninkinə bənzərdi!-Hamlet, "Azərbaycan ”, 1919, 19 oktyabr*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-benzerdi
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin səsin, gözəl qız,Səslərin ən gözəli.
Sən bəni bircə an gözləməsən dəSən bəni bircə an gözləməsən dəSəni ömrüm boyu gözləyəcəyəm!
Min dəfə gülsən də, demərəm sağ olMin dəfə gülsən də, demərəm sağ ol,Sən ey həyatıma, ömrümə qənim!
Demişdin: “Ölüm do ayırmaz bizi!”Demişdin: “Ölüm do ayırmaz bizi!”Sənə kim demişdi, de, bu cümləni?
Poems by other poets
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
کو همّت مردانهای تا از تمنا رم کنمچون کار این عالم شود تسخیر آن عالم کنم
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.