Hicranlar, ələmlər, tufanlar içrəQısıq bir səs kimi eləcəyəm bən!Böyle göz yaşıyla keçən ömrümünSonunda bir acı güləcəyəm bən!

Eşqimin ne imiş bilməm günahı?Yıxıldı qəlbimin istinadgahı.Nəsibim olsa da dünyanın ahı,Bir gün göz yaşımı siləcəyəm bən!

Yaxında didarın nəsib olmasa,Ümidsizlik bəni düşürməz yasa!Alaraq əlimə dəmirdən əsaBir gün hüzuruna gələcəyəm bən!

Tutuldum tufana, sarıldım sana,Sən ey qırıq qələm, gəl bir tüğyana!Dözmək güc olarsa böylə hicrana,Səninlə dərdimi böləcəyəm bən!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation