Dəng eyləm ə məni artıq qalmamışEhtiyacım cənnətinə, əfəndi!Hanı səndən huri satın alanlar?Onlar gəlsin xidmətinə, əfəndi!

İnan ki, bir başqa “əmma”sı yoxdur,Şerimin büsbütün vicdanı aydın!Eşqimin bir başqa “ima”sı yoxdur,Onun haqqa tapan imanı aydın!

Hər yolun bulundu şəkki yəqini,Nisyanla qarışıq hər kəsin dini.Fəqət tozlanmamış onun çibini,Var isə şerimin nisyanı, aydın!

Baxsın bəsirətsiz gəlib keçənlər,Doğrunun yerinə əyri seçənlər;Bilsin bu haqq sözə kəfən biçənlərKi, mənim eşqimin Quranı aydın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love