Yağış tökdü üstümüzəGöylər birdən, bir kərəm, hey!Güllər baxıb güldü bizə,İy su oldu o Sənəm, hey!

Şehli bağa bənzədi o!Göy yarpağa bənzədi o!Şux zanbağa bənzədi o!Yan, ey Qərib, Şahsənəm, hey!

Batum əski Qız qalası,Batum yurdun göz qalası!Xaqanımın öz qalası,Səndə doğub Şükriyyəm, hey!

Torpağında, daşmdaca,Gördüm bulaq başındaca!“Sevdim” on beş yaşındaca,Bundan sonra kükrəyəm, hey!

Bu ləpirlər izi imiş,Bəy Süleyman qızı imiş!Dilək imiş, arzu imiş!Körük oldu bu sinəm, hey!

O Əslidir, mən də Kərəm,Mən bu sirri gizlətmərəm!Yarı burda gözlətmərəm,Car eyləsin qoy aləm, hey!

Həp ağlını, kamalını,Həp hüsnünü, camalını;Sən Cavadın QumralınıYaz, ey qələm, ey qələm, hey!..

-Batum, 15 mart, 1915*

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets