Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.

Məni məftun eləmiş nazlı gözəllər daim,Bircə an da könülün eşqə azalmaz həvəsi.

Kimə izhar eləyim dərdimi, öldüm qəmdən,Nə ürək qaldı, nə yarın mənə xoş söz deməsi.

Vermişəm qəlbimi bir işvəli tərsa qızına,Ki çox aşiqlər ilə dolmuş onun dairəsi.

Ona huri demərəm, huridə olmaz belə naz,Görməmişdir belə bir nazı bəşər silsiləsi.

Qəlbimin Yusifini saldı zənəxdan çahına,Sanki bir bülbülü həbs etdi onun can qəfəsi.

Maqta — the closing couplet bearing the poet’s pen name. De yazıq Gülçinə məcnunluğunu tərk eləsin,Çünki Leyli dəvəsindən kəsilib zəng səsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love