DİL MƏSƏLƏSİ

Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları “türk dilini birləşdirmək” istəyirlər. Buna görə də osmanlı dilini ümumi bir dil sayırlar və bu dildə də kitablar, qəzetlər və jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var.

Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin. Əsil dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərəkəmə elinin içində danışılmaqdadır. Qələm sahiblərimiz buralara yönəlib bunları öz dilləri ilə danışdırıb yol göstərməkdənsə, özləri düz yoldan çıxıb, camaatı da avara qoymaq istəyirlər. Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri işlədib bilik satmaq isə, bu ayrı bir məsələdir. Yoxsa camaatın mənfəəti də mülahizə olunursa, gərək o camaatın başa düşdüyü bir dildə yazılsın ki, o da oxuyub, bundan bir hissə götürsün.

Gərək yaddan çıxmasın ki, Azərbaycanda neçə milyon adam var və onların çoxu geridə qalıblar. Bu səbəbdən də gün-gündən əsir olub, əcnəbilərin ayağının altına düşürlər. Torpaqları, əkin yerləri əllərindən çıxır, ticarət gedir, sənətdən xəbərləri yox, milliyyət və tərəqqi nə olduğunu bilmirlər...

Bu camaatı qaranlıqdan çıxartmağa ən əvvəl dil lazımdır ki, deyəsən: “Ay qardaş, uşaqlarını məktəbə qoy, əkin yerlərini satma, gözü açıq ol...” Bunları hansı dillə danışdırmalı ki, başa düşsün? Əlbəttə camaatın öz dili ilə, Azərbaycan türkcəsində. Osmanlı dilini bunlar bilməzlər.

Belə olan surətdə qəzet və jurnallarımızı osmanlı dili ilə doldurmaq camaata yol göstərmək olmayıb onu yoldan çıxartmaq deməkdir. “Necə” sözü əvəzində “nasıl”, “arvad” əvəzində “qadın”, “ata” yerinə “baba” və ya “pədər” yazmaq millətin dilini dolaşdırıb, işini çətinləşdirməkdən savayı bir şeyə yaramır.

Yaxşı olardı yazıçılarımız ata-baba dilimizə qayıda idilər. Onda mətbuatımız bir ovuc savadlının malı olmayıb, ümumin, yəni az savadlıların və heç savadı olmayanların da mənfəətinə qulluq edərdi

1914

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gələcək şəhər

I**Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu.

193314 min
I

Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim mö’min allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi; qara atlas parçası kibi, üzünün iki tərəfini dutub və gicgahlarına getdikcə ucları naziklənib gözəl bir surətlə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala kibi saqqal saxlaya bilməz idi: xalq həftədə bir dəfə xına qoysa idi, Usta iki-üç dəfə qoyardı. Və nə hikmət var idisə həmişə xınanın üstündən üzünə qoz yaprağı döşəyib birdən neçə saat yerindən tərpənməzdi.Bikar olan vaxtı, görərdin Usta özünə bir neçə də yoldaş tapıb şəhərdən çölə «başmaq» seyrinə gedir. Burada çubuqlar çəkilib keçmişlər yada gətirilirdi, və birdən biri deyirdi: «yadındadırmı, usta Ağabala; bir dəfə bildirçin götürüb getdik xanın yanına döyüşdürməyə? Mənim bildirçinim buraxılan kibi xanınkını qovdu. Rəhmətlik xanın ğəzəbi, dutub mənim bildirçinimin boğazını üzdü və dedi: «dur buradan get, bir də buralara bildirçin zad gətirsən saqqalının tüklərini bir bir yolduraram».

3 min
II

Orucluqda şeyxlərin məscidində (Veylabadda şeyxi, üsuli, kərimxanı kimi neçə dini fırqələr var və hərəsinin də özünə məxsus məscidi mövcuddur). Əli-Əsgər ağaya pul yığılanda qabaqca qırmızı dəstmala bükülü mənbərə tərəf bir şey göndərilirdi, mənbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mə’rifət ilə onu açardı və içindən bir parça cındıra bağlı pul və iki cüt ə’la başmaq çıxardıb, qovzardı yuxarı və uca səs ilə çığırardı: «usta Ağabala kərbəlayı Cahangir oğlu kəfşduz bir imperyal və iki cüt başmaq verdi.Başmağın bir cütü Ağa üçün və bir cütü də külfəti üçündür. Allahu-təbarək və tə’ala onu dünyada yer-göy bəlasından hifz eləsin və axirətdə də cənnət hurilərindən məhrum qoymasın! «Amin» səsi məscid ilə bir olardı.

2 min
III

Deyilməyə görə usta Ağabala Əli-Əsgər ağa ilə siğə qardaş imiş və Ağa Ustanın xətrini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da və’d etmiş imiş. Bir gün axşam çağı usta Ağabala evə gələndə arvadına dedi: Ə, bilirsən nə var?(Usta Ağabala arvadını adı ilə çağırmağa utanardı. Həmçinin arvad da ona «Ağabala» deməyə utanardı. Onun üçün bir-birini «Ə!» deyib çağırardılar. Birdən gördün quzu mələşən kibi səs gəldi, onda bilirdin ki, usta ilə arvadı söhbətə məşğuldurlar).

4 min

Poems by other poets