Orucluqda şeyxlərin məscidində (Veylabadda şeyxi, üsuli, kərimxanı kimi neçə dini fırqələr var və hərəsinin də özünə məxsus məscidi mövcuddur). Əli-Əsgər ağaya pul yığılanda qabaqca qırmızı dəstmala bükülü mənbərə tərəf bir şey göndərilirdi, mənbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mə’rifət ilə onu açardı və içindən bir parça cındıra bağlı pul və iki cüt ə’la başmaq çıxardıb, qovzardı yuxarı və uca səs ilə çığırardı: «usta Ağabala kərbəlayı Cahangir oğlu kəfşduz bir imperyal və iki cüt başmaq verdi.

Başmağın bir cütü Ağa üçün və bir cütü də külfəti üçündür. Allahu-təbarək və tə’ala onu dünyada yer-göy bəlasından hifz eləsin və axirətdə də cənnət hurilərindən məhrum qoymasın! «Amin» səsi məscid ilə bir olardı.

Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-əl gəzərdi. Əvvəl mənbərin ətrafına toplanan molla və seyidlər başmaqlara durust baxıb dabanında yazılan: «Əməl usta Ağabala mübarək başəd» sözlərinə əhsən deyərdilər. Mollalardan o yana oturmuş hacılar, başmaqların hər tərəfinə mahirliq ilə dutulmuş külabatını görüb mat və mütəhəyyir qalırdılar. Məscidin aşağısına başmaqlar getməzdisə də oradakı kərbəlayılar, məşədilər və geyri alçaq sinifin adamları, başmaqların göyçəkliyini təsdiq edib, ağızlarını marçıldadardılar. Hətta səqfin yavıqlığındakı arvad yerlərindən də pərdələr qalxıb, xınalı əllər usta Ağabalanı göstərərdilər.

Usta bunları gördükdə şadlığından bilməzdi nə etsin: gah qalxıb, camaata özünü göstərərdi, gah papağını çıxardıb araqçınını düzəldərdi və axırda öz özünə gülümsənib sükut edərdi.

Bu xoşbaxtlıq zamanı çox çəkməzdi: bir dəqiqədən sonra tələbə, camaata bir ayrı adamın şey və ya pul verdiyini e’lan etdikdə daha məscid ustanı yaddan çıxarardı. Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi atlar inəklər və’d edərdilər; ipək əbalar, xəz cübbələr verərlərdi… Bunları gördükdə ustada daha şadlıq nişanəsi qalmırdı; ürəyindən soyuq qan axırdı. Onda ona fağırlıq əsər edib başı xəyalat ilə dolurdu. Kişini fikir belə götürürdü ki, məsciddən xəbəri bilmərrə olmurdu. Xəyalat aləmində birdən pul tapırdı, evlər tikdirirdi cəmi məsciddəki adamları oraya qonaq çağırıb, qızıl qablarda onlara xörək verirdi. Qonaqlıq qurtaran kimi nökərlər qızıl məcməilərdə daz-qaz aparıb, qoyurdular Əli-Əsgər-ağanın qabağına. Sabahdan cəmi’şəhər danışırdı ki, usta Ağabala kibi kişi olmaz. Şəhərdə qonaqlıq olanda həmişə buna yuxarı başdan yer göstərərdilər. Ağanın qulluğunda əyləşərdi. Burada Usta birdən əlini cibinə salıb bir yüzlük çıxardardı və xəlvətcə Ağaya verib deyərdi: «mən ölüm bunu qoy cibinə! Ağa pulu alıb gülümsənərdi.

Xəyalatdan usta Ağabalanın ağzı bal dadırdı, gözləri şadlığından qıyılırdı. Çox vaxt yanındakı adamlar; «ay Usta yadına ləbləbi düşdü, nədi? Ağzını neyə elə eləyirsən?» deyib Ustanı xəyalatdan ayıldardılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 min
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 min
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 min
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 min

Poems by other poets