Birinci kitab, ikinci hissə
Page 14 of 14 · 93%
– Qırışmal, sənin kimi qaraqaş, qaragözü görəndə daha mənə məhəl qoymayacaq ki... Mən ölüm, ötüş, əngəl eləmə.
Rüstəmbəy də eyni səslə:
– Bir gül ver, gedim.
– Ala ikisini verim, – deyə Rüstəmbəyə iki gül verdi. Rüstəmbəy qara gözləri ilə qızı başdan ayağa oxşayaraq çəkildi.
Bir-iki addım getməmiş tühaf bir mənzərəyə təsadüf etdi, sadə geyinmiş bir xanım kənarda durub çiçək satılan köşkdən gözlərini çəkmirdi. Əllərini tez-tez daraqlayır, açır, barmaqlarını əzişdirir, köksü enib qalxırdı. Rəngi qaçmışdı, gözlərindən kin yağırdı. Rüstəmbəy ona baxa-baxa keçdikdə bir də xanım “Fərəməz!” deyə qışqırıb, yerə yıxıldı. Rüstəmbəy köməyə qoşdu, haradansa Mircəlalla Səlman da çıxdı. Xanımı qaldırıb, boş otaqlardan birinə apardılar. Teatr xidmət-
İçki
çilərindən bir-iki qız çağırdılar, su gətirildi, xanımı ayıltmağa başladılar.
Qızların birisi xanımı tanıdı:
– Tosya, – dedi, – nə oldu? Istidənmi oldu?
Tosyanın rəngsiz dodaqları qımıldadı:
– Yox, məni evə apar! – dedi.
Rüstəmbəy xanımı apararkən Xəlildən aldığı gülləri dişində saxlamışdı. Özünü itirdiyindən onları büsbütün unutmuşdu. Bir də gülləri nə məqsədlə aldığını xatırlayaraq, salona qoşdu.
Səhnədə şərq yuxusu göstərirdilər; canlı bir şəkil idi... Qürub, göyün bir tərəfi sumağı qırmızıya boyanmış, sərvlər qoynunda yüksələn minarənin sivri təpəsi atəş saçır. Xülyapərvər bir sis üfüqləri qaplamış. Sərin fəvvarəli hovuzun kənarındakı paşa da ipək yastığa söykənərək bayğın xəyallara dalmış. Bir də onun məst gözləri böyüyür, o yavaş-yavaş qalxır və həyəcan içində çırpınır... Sərvlərin arasından bir qız çıxır, bu, Şərqin gözəli, xəyalların süsüdür! Bu o qədər incədir ki, hind şalı kimi üzükdən keçər!
Paşa yavaş-yavaş yerindən qalxır. Bir də həzin səslə: “Gəl, gəl, gözəlim!” – deyə bayılır...
Pərdə düşdü. Alqış salonu titrətdi. Indiyə qədər qapıda duran Rüstəmbəy tənəffüsdən istifadə edərək cəld içəri girdi və gülləri Sofya xanıma təqdim edib döndü.
18
Dışarı qapıdan şıqqıltı gəldi. Rüstəmbəy maraqlandı, koridora çıxdı. Sofya xanım orada idi.
– Xoş gördük.
– Xoş gördük, Rüstəmbəy!
– Gedən kim idi?
– Ərim idi!
– Bəs niyə tez getdi?
– Bazarda işi var.
Rüstəmbəy bir az duruxdu. Sofya xanım:
– Nə qayırırsınız? – dedi.
Rüstəmbəy cavab olaraq qapısını açdı və yazı masasını nişan verdi. Xanım başa düşmədi və otağa girib, masaya tərəf getdi. Rüstəmbəy barmağı ilə kitabı göstərdi. Oxumaq meylindəyəm demək istəyirdi.
– Ahhh!.. Mən də deyirəm nəyə işarə eləyirsiniz.
Rüstəmbəy güldü.
Sükut düşdü. Rüstəmbəy söz demək istədi, ürək döyünməsi qoymadı. Axırda başladı:
– Sofya Sergeyevna! Sizə bir xəbər verəcəyəm... Köçürəm.
Sofya xanım döyükdü, guya damarlarına elektrik qüvvəsi buraxdılar.
Nə danışdığını anlamadan:
– Köçürsünüz? Çox yaxşı – dedi.
Ağrısı sonradan duyulan yaralar kimi, Sofya xanım da xəbərin kəskinliyinin əsərini yavaş-yavaş duymağa başladı. Sızıltı ürəyinə yayıldı.
– Hara köçürsünüz? – deyə elə bir halla soruşdu ki, bu sualların arxasında bir xeyli sual gizlənmiş kimi göründü.
Xanım titrək səsi ilə: “Nə üçün köçürsünüz? Məndənmi incimisiniz?” – demək istəyirdi. Lakin cəsarət edə bilmirdi.
Rüstəmbəy onun halını duydu, yazığı gəldi.
– Sofya Sergeyevna, – dedi və iztirabını sezdirməməyə çalışdı.
– İlk dəfə sizə köçdükdə özümlə də sizin cavan ailəyə çoxlu hörmət gətirmişdim. Ərinizlə sizi görəndə ürəyimdə sizə qarşı saf hisslər doğurdu. Lakin bu hisslər uzun müddət ömür sürmədi. Bunların əvəzində başıma qara fikirlər girdi, saflıq itdi. Yaxşı ki, vicdanım tez oyandı. Mənə gecə-gündüz rahatlıq vermədi. Nəfsimlə mübarizəyə girişdim, qalib gəldim. Sonra sizinlə üz-üzə gəldikdə təkrar ehtiras toruna düşdüyümü hiss etdim. Yenə vicdan divanı quruldu. Yenə rahatlığım pozuldu. Ruhum əzilib sıxılmağa başladı. Bu da məni nicat yoluna çıxarda bilmədi, sizi “bacı” deyə adlandırdım-bacıya baxan nəzərlə baxa bilmədim... Axırda mübarizədən yoruldum. Bircə əlacım qalmışdı ki, onu da bu günlərdə əmələ gətirəcəyəm – köçürəm...
Sofya xanım böyük şövqlə qulaq verirdi. Birdən ürəyində əsrarəngiz bir sevinc doğdu, bədəni elə bil ağır bir yükdən xilas olub yüngülləşdi. Həlim bir təbəssüm qırmızı dodaqlarını işıqlandırmağa başladı. Sofya xanım istədi yerisin Rüstəmbəyi qucaqlasın, bacı sevgisi ilə öpsün – cəsarətsizliyi yol vermədi. Əllərini yaşlı gözlərinin üstünə qoyub, otaqdan çıxdı.
19
Sabah erkən Bəhram Rüstəmbəyi yuxudan oyatdı və qəti səslə dedi:
– Uşaqları tutdular!
Rüstəmbəy yuxudan bir az aralanıb, yatağında çevrildi:
– Necə yəni tutdular? – dedi.
– Qurultay daha birinci iclasdan ələ keçdi.
– O biri şəhərlərdən də mi gəlmişdilər?
– Gəlmişdilər.
– Bəs nə tez? Nə vaxta təyin olunmuşdu?
– Bu qədər tez gələcəkləri təsəvvür olunmurdu. Nə isə oldu.
– Neçə adam tutulmuşdur?
– On üç, ikisi qızdır.
Rüstəmbəy tez geyinməyə başlarkən Bəhram sözünə davam edirdi:
– Gizləməliləri gizləmək lazım, “hava buluddur”.
Getməyə tələsən Bəhrama Rüstəmbəy:
– Dayan, çay iç, – dedisə də Bəhram o biri yoldaşlara da xəbər vermək üçün yola düşmüş, Rüstəmbəyin çay təklifinə ancaq “sağ ol” deyə bilmişdi.
20
Fayton qapıda idi. Rüstəmbəy çamadanlarını və yatağını xidmətçi qıza verdi:
– Faytona qoy. Sonra kitab səbətini götür, faytonçu ayağının altına qoysun.
Xidmətçi qız getdi. Rüstəmbəy Sofya xanımla vidalaşmaq istədi.
Orta qapını örtdü:
– Sofya Sergeyevna! Gəlmək olarmı?
Sofya xanım qapının ağzında gözləyirmiş kimi haman:
– Buyurun! – dedi.
Rüstəmbəy daxil oldu.
Sofya xanımın yanaqları qızarmışdı, gözlərini tühaf bir hüzn sarmışdı.
– Ehtimal köçürsünüz, – dedi.
– Elə.
– Yaxşı yol! – deyə Sofya xanım başını aşağı saldı. Rüstəmbəy qəti səslə:
– Salamat qalın! – deyə əlini uzatdı.
Sofya xanım gözlərini qaldırmayaraq əl verdi. Ayrıldılar.
Rüstəmbəy faytona oturarkən yuxarı baxdı: Sofya xanım pəncərəyə söykənib ağlayırdı.
1 Evə
2 Balda qaynadılmış yumru xəmir
3 Osmanlı sarayında şahzadələrə təxsis olunmuş qızlara “odalıq” və ya “gözdə” deyərdilər
4 Süni quzu dərisi
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Poems by other poets
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.