Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.

«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

– Sağ olsun aşıq! – deyə «padşah»[^p060] çığırdı.

– Sağ olsun aşıq! – Fərraş təkrar edirdi.

– Sağ olsun aşıq! – Hamı söylüyüb, ağız ağıza verirdilər.

«Padşah» birdən yerindən qalxdı:

– Fərraş!

– Bəli, sənə qurban, padşah, – deyə fərraş baş endirdi.

– Çək oradan qardavoy İmamqulunu!

– Bu saat padşah! Aşıqlar da bir uzun dərə çalsınlar!

Sağ olsun aşıqlar-zurnalar düzəlmişdi, dəf vurulurdu.

Sağ olsun İmamqulu! Süzməkdə üstü yox idi: Ayaqları palazın üstə ehmal atılıb, düzməkdə idi; bədəni belə tərpənirdi ki elə bil heç sümüyü yox idi. Budur zurna yavaşıdı. İmamqulu gözlərini alaçığın bacasına tikib, yerində «bitdi». Məclis kiriyib, səs səmir kəsildi.

– Yat, yat, İmamqulu! – Birdən «padşah» çığırdı: yat, yat!

İmamqulu çoxdan yatmışdı: yerində tərpənməz durub, bircə sağ ayağının ucunu yavaş-yavaş palaza döyürdü. Çəpiklər çırtığa enmişdi: bunun da səsi eşidilmirdi. Neçə dəqiqə idi sakitlik bərpa idi.

– Çəpik vurun! Çəpik! Çəpik!... Fərraş! Haradasan? Şapparla, çəpik vursunlar!

Fərraş sağa, sola çubuqdan döşüyürdü. Yenə səs, küy, çəpik dam ilə bir oldu. İmamqulu da əvvəlki yerindən sıçrayıb, süzə-süzə məclisin o başına getdi. Bir də süzüb, bəri gəldi. Süzüb, yuxarı getdi. Oyunu yavaşıdıb, bir də «padşahın» qabağında «bitdi».

– Sağ olsun İmamqulu!

– Sağ ol aşıq!...

[^p060]: Toy ağası. Bə’zi yerlərdə xan deyirlər.

– Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy elətdirir-deyə məclisdəkilərin biri o birinə pıçıldadı.

O biri:

– Qız da yad deyil, ki, öz baldızıdır. Elə bu həyətdə də olur.

– Baldız olanda nə olar; kişi çox vafalı kişidir. Görmürsən arvadı öləndən sonra on il evlənmədi. Qayın atası demişdi ki, balaca qızım böyüsün, sənə verəcəyəm. O da gözlədi. Qız imdi on dörd yaşına yetişib, toy olur.

– Doğrudan vafalı kişidir: yetimlərin zəhmətini çəkə-çəkə saqqalı tamam ağardıb...

– Fərraş, o kimdir orada söhbət eliyir?

– «Padşah» sağ olsun, çaycı, Məşədi-Həsəndir.

– Çək Məşədi-Həsəni bura. Gərək Məşədi Həsən məclisdə danışdığı üstə falaqqaya salınsın.

Bir dəqiqə də falaqqa gəldi. Fərraşlar Məşədi-Həsəni yıxıb, ayağına on çubuq vurdular.

– Usta, aşıq!

– Bəli, padşah sağ olsun!

– İmdi bir «kəsmə» hava çalın Məşədi-Həsən oynasın!

Zurna düzəldi. Dəf vuruldu. Çəpik qalxdı. Məşədi-Həsən çuxasının qolları əlində oynamağa başladı.


Toy vurulurdu. Arvadlar otaqda çəpik çalıb, süzürdülər. Gəlinlər, qızlar ağır-ağır enib, qalxırdılar. Yüzlüklər şabaş verilirdi:

– On tümən bərat verdim, yenə özündən bəyin, yenə kabla-Əbülqasımın! Ay şabaş, toy maşallah!

Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər növbət gəlinə gəldi:

– Ay uşaq, qaçın gəlin gəlsin.

Gəlin gəldi. Yanaqları alma kibi qızarmış. Sürməli gözlərini yerə tikib, utandığından kimsəyə baxa bilmirdi.

Gəlin oyuna girdi.

Gözəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzürdü. Nə dadlı səkirdi. Gah qızılları səslənir, gah düymələri şıqqıldaşır....

Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əllərilə üzünü qapadı: Gəlin hökürürdü.

Gəlin niyə ağlayır? Gəlinə nə dedilər?

Bilən yoxdur. Kimsə gəlinin dərdindən agah ola bilmir. gəlin ağlayır; gözlərinin yaşları od kibi tökülüb, qırmızı yanaqlarını dağlayır.

Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Qız gəlinlər gəldilər.

Bəs gəlin niyə ağlayır?

Gəlin qoca kişiyə ərə getmək istəmir, yetim saxlamaq istəmir.

«Mən o kişidən qorxuram; bacımı çərlədən kibi məni də öldürəcək» – deyib, gəlin zar-zar ağlayır.

Gəlinin sözləri anasını da göyrəltdi: bu da gözlərini doldurub, hökürdü. Qız gəlinlər də doluxsunub, ağlaşdılar. Gəlin ağladı, anası ağladı. Bunlar da girişində qızlar ağladı, qonaqlar ağladı, totuq gəlinlər ağladı, çox göz yaşı töküldü, çox ürəklər yandı.


Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu:

«Mən bu dərədən ötmərəm

Çadramı yellətmərəm

Ağ saqqala getmərəm

Hoqqabaz oğlan gərək

Kəkili saz oğlan gərək...»

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ruhnəvaz xanım

Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

8 min
Zeybək qızı

Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...

10 min
Mariya

İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi.İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.

9 min
Qazanc yolunda

Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.

14 min

Poems by other poets