Nə zamandı yar həsrətin çəkirəm,Sığal verir qaşa, gözə filankəs.Dilin şəkkər, dodaqların qaymaqdır,Üzün bənzər oda, közə, filankəs.

Əndamın bənzətdim dağlar qarına,Gözüm düşüb ağ sinənin narına,Gözəl olan soyuq baxmaz yarına,Gəl söykəyək üzü-üzə, filankəs.

Sən Əfqanın əhvalını biləydin,Şad oluban bir üzünə güləydin,Dur gedək deyibən yaxın gələydin,Dərdləşəydik gəzə-gəzə, filankəs.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets