Bir neçə nəzm yazım həzrəti-sultanım içün,Göndərim payi-mələxşahi-Süleymanım içün

Zahiri şeir, vəli batini əş'ari-nəsuh,Yadigari deyürəm məşəri-ixvanım içün

Doğrusu mən nə qədər fikr edirəm dünyaya,Görmərəm qeyri-fəna gərdişi-dövranım içün

Axirət aləminin məzrəəsi dünyadır,Hanı bu məzrəənin hasili ənbanım içün

Yanacaqdır bu əməldən, bilirəm, bustanım,Tökmüşəm toprağımı çeşmeyi-heyvanım içün

Baxıram pişü pəsim cümlə gənə məbhutam,Bilmərəm çarə nədir surəti-heyranım içün

Bircə əfsus, günah eyləyirik ixlasən,Bircə qəlbən demirik ah peşimanım içün

Gün gedir, ömr gedir, zülməti-rehlət yetişir,Görmərəm şəm'i-əməl buğeyi-ehsanım içün

Yol uzun, tuli-səfər, məqsədi-rəh vahiməlü,Ah yox bir əməlim məhşərə divanım içün

Qocalıq gəldi, gəlür çəngi-əcəl canım içün,Nə tədarük eyləyim hali-pərişanım içün

Diş gedib, göz ağarıb, qəd əyilib, başım əsir,Bu sifətdə necə mən pul qazanım xanım içün

Yığılıb övrət-uşaq, hər biri bir zad diləyir,Tökülübdür bu qədər muru məgəs qanım içün

Bir deyil fikri-müsibət, birinin fikrin edim,Yüz bəlalar yeriyür haləti-piranım içün

Didə, xətm eylə sözü, hər sözünün mə'nasıDürreyi-nadirədir vəznində mizanım içün

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets