Əkrəm Əylislinin anası
Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?
O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Kiçik, amma səssiz-küysüz, rahat və xudmani «Dupleks» otelinin beşinci mərtəbəsindəki səliqəli otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri görünür, mən isə, sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl Əylis kəndini, o gözəl Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram.
Niyə?
Bilmirəm...
Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik.
Əkrəm Əylisligilin həyətində oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin qoca anası qabağımıza balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın dadı indiyə qədər mənim damağımdan çəkilməyib.
Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına Əylisin o gözəl bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər yox, o qoca ananın əlləri gəlir, elə bil ki, o ağaclar da, o dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o quru barmaqların bərəkəti, istisi müqabilində susur və xatirəyə gəlməyə ürək eləmir...
O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə hərdən yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini qızdırır: adam elə bil ki, o quru barmaqların bərəkətini, nəsə, işıqlı bir varlıq kimi, gözləri ilə görür...
İndi də pəncərəmdən Eyfel qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə gəlir ki, o quru barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində həmişə bütün ətrafa gizli bir layla deyir.
15 oktyabr 1988.
Paris.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ekrem-eylislinin-anasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki,müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib,
III fəsilAğagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi.Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun
IV fəsilZübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
V fəsilAğagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.